Azərbaycana rejim güc strukturlarının Tale Bağırova verdiyi işgəncələr qardaşı Elşən Bağırov və vəkili Cavid Cavadov tərəfindən bir daha təsdiqləndi.
AranNews- Məlumatımıza görə, Elşən Bağırov qardaşının hər gün sorğu sual olunaraq "işgəncələrə məruz qaldığını" deyir. O, qardaşını sonuncu dəfə noyabr ayında, Nardaranda saxlanılanda gördüyünü deyir.
“Ona sövqat bir də pal-paltar aparmışdım. Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində nə qoydular ki gətirdiklərimi verim, nə də görüşüm”, deyən Elşən qardaşının saxlanılarkən əynində olan paltarların bu günə qədər bir dəfə də olsun dəyişilmədiyini bildirir.
Vəkil Cavad Cavadov isə Taleh Bağırovla ilk dəfə dekabrın 3-ü appleyasiya məhkəməsində görüşəndə üzərində aşkar görünən xəsarətlərin olduğunu deyir.
“Gözlərin altı, alnı qızartılı idi, əllərinin bilək hissəsində ciddi xəsarətlər var idi. Hiss olunmuşdu ki, qollarını bağlayıblar. O qandal izlərinə bənzəmirdi, çünki çox qabarıq idi. Konkret olaraq xəsarətlər işgəncə izlərinə oxşayırdı” – deyə vəkil müttəhimin sərbəst hərəkət etməsində problem olduğuna görə onun məhkəməyə “sürüyə-sürüyə” gətirildiyini vurğulayır.
Həmin vaxt müttəhimlə ünsiyyət saxlamasına şərait yaradılmadığından hüquq müdafiəçisi onun bu vəziyyətinin səbəbini 29 dekabrda, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində müstəntiqin iştirakı ilə keçirilən görüşdə öyrənib. Görüşdə Tale Bağırov bildirib ki, o, ağır işgəncələrə məruz qalır və burnu "sındırılıb".
Vəkil həmçinin bildirir ki, müttəhimlə sonuncu dəfə görüşündə Tale Bağırov, bu işgəncələrin səbəbi kimi “ondan etirafedici və bəzi şəxslərin əleyhinə ifadələr almaq” məqsədi daşıdığını açıqlayıb.
Cavad Cavadov Tale Bağırovun barəsində 4 aylıq həbs qətimkan tədbirinin seçilməsinə baxmayaraq bu günə qədər onun istintaq təcridxanasına köçürülmədiyini, bunun isə həm "Cinayət-Prosessual Məcəlləsi"nə, həm də "Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu"na zidd olduğunu deyir.
“24 saatdan sonra barəsində həbs qətimkan tədbiri seçilən kimi onu istintaq təcridxanasına köçürülməli idilər. Bu günə onun orda saxlanılmasının məqsədi qeyri-insani rəftar, psixoloji təzyiq məqsədi daşıyır” –deyə vəkil bununla bağlı məhkəməyə şikayət ərizəsi ilə müraciət etdiyini bilridib.
Şikayət ərizəsində həm də Taleh Bağırovun ailəsi ilə görüşməsinə, onlardan sovqat qəbul etməsinə şərait yaradılamaması, zəng hüququnun - yəni, qanunda nəzərdə tutulan hüququların təmin olunmaması da öz əksini tapıb.
Nəsimi Rayon Məhkəməsinə təqdim olunan ərizəyə baxış yanvarın 14-nə təxirə salınıb.
Xatırladaq ki, Müsəlman Birliyi Hərəkatının sədri Tale Bağırov digər 14 nəfərlə birlikdə 2015, noyabrın 26-da Nardaran qəsəbəsində Nardaran sakinləri olan Bunyatovlar qardaşlarının evində Zöhr və Əsr namazlarını qıldıqları zaman İlham Əliyevin bir başa nəzarəti ilə keçirlən “polis əməliyyatı” zamanı güllə qlpələri ilə yaralanaraq saxlanılıblar. Onlara qarşı hakimiyyəti zorla ələ keçirmə, terrorçuluq və qəsdən adam öldürmə maddələri üzrə ittihamlar irəli sürülərək barələrində 4 aylıq həbs qətimkan tədbiri seçilib. Əməliyyat vaxtı baş vermiş silahlı qarşıdurma zamanı iki polis əməkdaşı da silahdaşları tərəfindən vurularaq həlak olduğu deyilir.