Tarix : 2016 Jan 11
Kod 47531

Səudiyyəlilər ifratçı sələfi düşüncələrini təbliğ edillər

Vilayəti : "Səudiyyəlilər islam ölkələrində dini məktəblərdə nüfuz edərək və ifratçı sələfi düşüncələrini təbliğ edərək Yaxın Şərq və Afrikada İŞİD, əl-Nüsrə Cəbhəsi, Ceyşül-İslam və Boko Haram kimi terror qruplaşmalarının yaranmasına səbəb olublar"
Arannews- İranın Məsləhət Şurasının Strateji Araşdırmalar Mərkəzinin rəhbəri deyib: İran Ərəbistanla gərginliyi artırmaq ardınca deyil, qüdrət mövqeyi ilə bu böhranın həlli ardıncadır.
Əli Əkbər Vilayəti Ərəbistanın İranın həqiqi qüdrətini dərk etdiyini bəyan edərək deyib: İran ümidvardır ki, region böhranları tezliklə sona çatsın və Tehranın indiyə qədər səyləri bu böhranların həlli istiqamətində olmuşdur.
Vilayəti Ərəbistanın regionu de-stabil etməkdə əsaslı rola malik olduğuna toxunaraq əlavə edib: Əfqanıstanda Taliban və əl-Qaidənin iş başına gəlməsi Ərəbistanın maliyyə dəstəyi ilə olmuşdur. Bu da səudiyyəlilərin regionda təxribatçı keçmişini əks etdirir.
Vilayəti deyib: Səudiyyəlilər islam ölkələrində dini məktəblərdə nüfuz edərək və ifratçı sələfi düşüncələrini təbliğ edərək Yaxın Şərq və Afrikada İŞİD, əl-Nüsrə Cəbhəsi, Ceyşül-İslam və Boko Haram kimi terror qruplaşmalarının yaranmasına səbəb olubdur.
Əli Əkbər Vilayəti xatırladıb: Suriya, İraq və Yəməndə İŞİD terror qruplaşmasının məğlub olması və Ərəbistanın dünyanın ümumi fikrində pislənilməsi ilə səudiyyəlilərin saxta qorxuncluğu məhv olmuşdur.
Vilayəti bildirib: Ərəbistan Amerikanın Yaxın Şərqdə dəstəklədiyi ifratçı qüvvələr və terrorçulara dəstəyini əldə etməyə çalışır.


  • Yazılıb
  • da (də) 2016 Jan 11
  • Göndərən مدير سايت Aran News