Suriya ordusunun hərbi təyyarələri İŞİD terror qruplaşmasına aid olan neft tankerini raketlə hədəfə alıblar.
Arannews- Suriya ordusunun Hərbi Hava Qüvvələri ölkənin şərqində İŞİD terror qruplaşmasının neft tankerlərini hədəfə alıblar.Suriya ordusunun hərbi təyyarələri Deyruz-Zur şəhərinin ətrafında yerləşən əl-Məyadin şəhərinə neft qaçaqçılığı edən İŞİD terror qruplaşmasına aid olan neft tankerini raketlə hədəfə alıblar.
Deyruz-Zurun bəzi bölgələri İŞİD terrorçularının işğalında olan bölgələrdəndir. Suriya ordusu bu bölgələri İŞİD-in işğalından azad etmək üçün öz hücumlarını davam etdirir.
İŞİD terror qruplaşması Suriyada işğal etdiyi bölgələrdə neft quyularından faydalanaraq və Türkiyənin əməkdaşlığı ilə neftin qaçaqçılığını həyata keçirərək öz terror hərəkətlərinin xərcini təmin və gəlir əldə edir.