Nardaran olayları zamanı ölüm xəbəri çıxan Abbas Hüseynin anasının baş prokurora müraciət edib.
AranNews, xəbər Agentliyi, feysbukda yayılmış həmin müraciəti təqdim edir:
"Azərbaycan Respublikasının Baş Prokuroru cənab Zakir Qaralova
Cənab Baş prokuror!
Oğlum Hüseynov Abbas Məmmədbağır oğlu Nardaran hadisələri ilə bağlı 26 noyabr 2015-ci ildə həbs edilib. O vaxtdan oğlumdan xəbər ala bilmirik. Dəfələrlə bandotdelə getmişəm deyirlər burda yoxdur, kürdaxına türməsinə gedirəm orada yoxdur. Məndən heç bir pal paltar, sovqat qəbul olunmur.
İki gün öncə bizə məlumat verdilər ki, banditizm idjarəsində oğluma o qədər işgəncə veriblər ki, az qalıb ölsün. Cənab Qaralov, sizində övladlarınız var. Oğluma işgəncə verənlərində övladları var. Mən Allahıma sığınıram, oğluma və o biri uşaqlara nahaqdan terror damğasını vuranları uca tanrıya tapşırıram.
Allahın ədalətinə inanıram. Bu məmləkətdə ədalət axtarmağa gümanım qalmayıb. Mən övdalıdımı istəyirəm. Məni övladımla görüşdürün, mənə zəng eləsin, səsini eşidim. Bunu tələb edirəm.
Abbas Hüseynovun anası Rəhimə Hüseynova".
Qeyd edək ki, Nardaran olayları zamanı Abbas Hüseynin də öldüyü bildirilirdi. Anasının müraciətində isə oğlunun hadisə zamanı ölmədiyi, hazırda həbsdə olduğu deyilir.