Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə Mərkəzi Bankını səmərəsiz qurum elan etdi.
AranNews- Allahşükür Paşazadə çox qısa açıqlama ilə xalqa müraciət edib. Biz bu müraciəti sizə tam formada və ilk olaraq çatdırırıq.
" Son günlər ölkədə manatın ölməsi, dolların dirilməsi baş verir. Deyəsən elmi adı devalivasiyadır. Allah böyükdür, artıq Mərkəzi Bank və onun zatlarına zərrə qədər də güvənimiz qalmıyıb. Elə bilirsiz olan təkcə kasıblara olur ? Bizə də olur. Ölkədə manatın dəyərdən düşməsi ilə birlikdə İran pulu da qüvvətlənib. Daha az kartof, sitrus meyvəsi gətirə bilirik ölkəyə, bizə pis dəyib bu. Çox əsəbiyəm, əsəbi ifadələrimi çox qısa, lakonik şəkildə sizə çatdırmağa çalışıram. Artıq onlara güvənmiyin, namazda allaha dualar edin ki, manat qalxsın, manatla yanaşı neft də qalxsın. Pul gəlsin. Burdan Mərkəzi Banka səslənmək istəyirəm, Manatımız öldü, onu siz öldürdüz. Allah cəmi qalanların canını çox da sağ eləməsin, ölülər də çoxalsın, birazdan yasa qalacayıq onsuz da. Bu gedişlə ölən də çox olacaq. Qədəmlərimiz də mübarək, 2016-cı ilə girmədik, 2016-cı il bütün surəti ilə... Nəysə... Siz anladız. "
Bəli, artıq görünən odur ki, ölkədə Mərkəzi Banka olan inam itib və biz də təcrübəli jurnalistlər olaraq təklif edirik ki, Mərkəzi Bankı ləğv edib onun yerində çayxana açsınlar. Ölkə gəncliyi ən azından işlə təmin edə bilərik.
Mərkəzi Bankın özünümüdafiə cavablarına gözlüyürük !