İraq xarici işlər naziri: "Biz etirazçıların Tehranda Sədiyyə Ərəbistanı səfirliyinə hücumuna görə İran dövlətinin pislənilməsinə qarşı çıxdıq və bildirdik ki,..."
Arannews- İraq xarici işlər naziri bildirib ki, Ərəb Liqasının iclasının yekun bəyanatı barəsində ölkəsinin mövqeyini bəyan edib.
İraq xarici işlər naziri İbrahim əl-Cəfəri bazar günü Ərəb Liqasının Qahirə iclasının yekun bəyanatına əlaqədar verdiyi açıqlamada deyib: Biz etirazçıların Tehranda Səudiyyə Ərəbistanı səfirliyinə hücumuna görə İran dövlətinin pislənilməsi ilə əlaqədar bəndə qarşı çıxdıq və bildirdik ki, bir neçə vətəndaşın hücum etməsini İran dövlətinin ayağına yazmaq olmaz.
İbrahim əl-Cəfəri xatırladıb: Ərəb Liqasının iclasında ərəb qardaşlarımıza dedik ki, İraqda sizin ölkələrdən çoxlu sayda terrorçu vardır.
Qahirə iclası bazar günü günortadan sonra səudiyyəlilərin nüfuzu nəticəsində gözlənildiyi kimi Tehranla son gərginlikdə Ər-Riyadın mövqeyini dəstəklədi.
Ərəb Liqasının baş katibi Nəbil əl-Ərəbi İbrahim əl-Cəfərinin açıqlamasından öncə iddia etmişdi ki, İraq yekun bəyanat və Tehran qarşısında səudiyyə rejiminin mövqeyini dəstəkləyib.
Səudiyyə Ərəbistanı xarici işlər naziri Adil əl-Cübeyr Qahirə iclasında Tehran əleyhinə təkrar iddiaları irəli sürərək dilə gətirib ki, regionda əksər terror qruplaşmaları Ər-Riyad tərəfindən maliyyə və silah cəhətindən dəstəklənir və Səudiyyə Ərəbistanı terror və sərtlik fitvalarının mərkəzinə çevrilib.
Əlbəttə Ərəb Liqasının üzvləri Livanın bu bəyanata açıq-aşkar qarşı çıxdığını və İraq tərəfindən müəyyən məsələlərin nəzərə alınmalı olduğunu istədiyini bildiriblər.