Tarix : 2016 Jan 11
Kod 47542

Azərbaycan Respublikasında vəhabilik hərəkatları /Bürhan Hişməti

vəhabilər Azərbaycanın iqtisadi sahəsində piramida formasında fəaliyyət göstərir və ərəb şeyxlərindən pul, yaxud əmtəə alan hər bir vəhabi özünün digər qohum və tanışları üçün iş yeri yaratmalıdır.
AranNews- Vəhabilərin, yaxud sələfilərin Bakının Əbu Bəkr məscidində toplaşması, həmçinin son illərdə onların cümə günləri Bakının Qaraçuxur kəndində yığışmasını faktiki müşahidə etmək və Azərbaycanın əhli-sünnə məskunlaşmış bölgələrində vəhabi qruplarının formalaşmasına diqqət etməklə demək olar ki, Azərbaycan Respublikasında vəhabilər artıq bir neçə onmini haqlamış və təhlükəli vəziyyətə çatmışdır.
Azərbaycan Respublikasının din və məzhəb sahəsində aparılan araşdırmaya əsasən, Sovetlər Birliyinin parçalanmasına qədər bu ölkədə vəhabilik olmayıb, hətta heç bir kiçik vəhabi qrupu da mövcud olmamışdır. Kommunist rejiminin dinlə mübarizəsi və dini tamamilə aradan aparmasına cəhd etməsi Azərbaycanda din və məzhəb ardıcılları barədə dəqiq məlumat əldə etməyə imkan vermir. Amma ümumi olaraq, bu ölkədəki din və məzhəb ardıcılları ilə bağlı pərakəndə statistikaları və aşkar həqiqətləri nəzərə almaqla demək olar ki, ölkə əhalisinin ən azı 98 faizini müsəlmanlar təşkil edir. Bu arada onların 85 faizi şiələrdir. Yəni, Azərbaycan Respublikası, İrandan sonra dünyanın ikinci şiə ölkəsi hesab olunur. Bu ölkədə şiələrdən başqa hənəfi və şafei məzhəblərindən olan əhli-sünnə, habelə sufi təriqətinə mənsub əhali də yaşayır. Amma tarixin heç bir dönəmində Azərbaycanda sələfilik hərəkatı mövcud olmamışdır.
SSRİ-nin ömrünün sonlarında, xüsusilə də Azərbaycan Respublikasının müstəqillik qazandığı dövrün əvvəllərində özünü sələfi adlandıran vəhabi hərəkatı süni şəkildə və Səudiyyə Ərəbistanı, Küveyt, BƏƏ, Misir və bir neçə digər ərəb ölkələrinin maliyyə dəstəyi ilə bu ölkədə formalaşdı. Xüsusi olaraq Səudiyyə Ərəbistanı Azərbaycan dövləti ilə dini sahədə əməkdaşlıq anlaşması imzalamaq və Qafqaz Müsəlmanlar İdarəsini əməkdaşlığa cəlb etməklə vəhabilərin dəstəklənməsinə qanuni don geyindirə bildi. Amma hətta, bu zahirən qanuni himayədən öncə də SSRİ-nin parçalanmasından sonra Azərbaycan Respublikasında yaranan boşluqdan istifadə edərək öz dini köklərini bərpa etmək üçün bir çoxları Mədinə Beynəlxalq İslam Universitetinə, yəni vəhabilik təbliğçilərinin və tələbələrinin yetişdirildiyi əsas mərkəzə cəzb olunmuş və orada yetişdirildilər. Hazırda bu məktəbin yetişdirmələri Azərbaycanın məzhəb təbliğatı sahəsində çox fəaldırlar. Qamət Süleymanov, Əlixan Musayev, Veysəl Orucov, Söhrab Şıxəliyev, Samin Mahmudov və digərləri bu mərkəzin tələbələri olaraq, vitural məkanda və sosial şəbəkələrdə sələfilik adı ilə vəhabi təlimlərinin təbliği ilə məşğuldurlar.
Azərbaycanda vəhabilərin sayı barədə dəqiq məlumat yoxdur. Amma ölkə mediası onların 15-65 min nəfər arasında olduğunu yayıb. Vəhabilərin, yaxud sələfilərin Bakının Əbu Bəkr məscidində (sabiq MTN və DİN-nin 2008-ci ildə yaydığı birgə məlumatına görə vəhabilərin iki qanadı arasında yaranan ixtilaf nəticəsində məsciddə qumbara partladılmasınn ardınca bu məscid dövlət tərəfindən bağlanmışdır) toplaşması, həmçinin son illərdə onların cümə günləri Bakının Qaraçuxur kəndində yığışmasını faktiki müşahidə etmək və  Azərbaycanın əhli-sünnə məskunlaşmış bölgələrində sünni əhalinin vəhabi hərəkat və təşkilatlarına cəzb olması nəticəsində formalaşan vəhabi qruplarına diqqət etməklə demək olar ki, Azərbaycan Respublikasında vəhabilər artıq bir neçə onmini haqlamış və təhlükəli vəziyyətə çatmışdır.
Azərbaycanın mətbuat, media və siyasi fəalları belə inanırlar ki, vəhabilik Ərəbistanın himayəsi nəticəsində formalaşır və Azərbaycan dövlətinin Səudiyyə Ərəbistanının iqtisadi-ticari fəaliyyətinə lisenziya verməsi ilə vəhabilər təsirli surətdə maliyyələşir. Həqiqətdə, vəhabilərin yeraltı hərəkət etməsi nəticəsində onların Azərbaycan Respublikasında maddi durumu barədə dəqiq məlumat əldə etmək qeyri-mümkündür. Bu ölkənin hakimiyyəti də Səudiyyə Ərəbistanı ilə çox yaxın və səmimi münasibətlər qurduğundan ölkədə vəhabilər üçün yaranmış imkan və şəraitini ifşa etmək istəmir. Lakin, Azərbaycanın bazarlarını müşahidə etmək və mühüm bazarlarda uzun saqqallı, ətəyi qısa şalvarlı mağaza sahiblərini müşahidə etməklə bilmək olar ki, Ərəbistanın Azərbaycanda formalaşdırdığı vəhabi təbəqəsi nəzərə çarpan maddi imkana malikdir.
Deyilənlərə əsasən, vəhabilər Azərbaycanın iqtisadi sahəsində piramida formasında fəaliyyət göstərir və ərəb şeyxlərindən pul, yaxud əmtəə alan hər bir vəhabi özünün digər qohum və tanışları üçün iş yeri yaratmalıdır. Əhalinin əksəriyyəti bekarlıqdan əziyyət çəkən Azərbaycanda iş problemi ilə üzləşməyən yeganə təbəqə vəhabilərdir! Vəhabilərin maddi imkanına diqqət etməklə, bu hərəkatın cəmiyyətin sütunlarında xərçəngvari nüfuzu artmaqdadır. Vəhabi hərəkatı dövlətin yüksək məqamlı rəsmiləri, parlament deputatları, xüsusilə də media fəalları arasında özünə üzv və tərəfdarlar cəzb etmişdir. Bu üzvlər zahiri baxımdan özlərini vəhabilərə oxşatmasalar da vəhabi mərkəzlərinin, əsasən də Səudiyyə Ərəbistanını müdafiə və təbliğ edirlər. Dövlət rəsmiləri arasında fövqəladə hallar naziri Kəmaləddin Heydərovun BƏƏ şeyxləri ilə tamamilə xüsusi və aşkar münasibətləri vardır. Amma siyasi sahədə tamamilə vəhabi rejimi çərçivəsində Səudiyyə Ərəbistanının yeri vardır və Azərbaycan Respublikasına qoyduğu təsir və nüfuz da həmin proqram çərçivəsində analiz olunalıdır.
Bu ölkənin şimal bölgələrində əhli-sünnə şiələrə nisbətən çox olduğundan vəhabi hərəkatlarının xüsusi tamah yerinə çevrilib. Ötən illər ərzində DİN və sabiq MTN, vəhabi qruplarına bağlı “Meşə qardaşları”nın ümumi yerlərə, mağazalara, valyuta dəyişmə məntəqələrinə hücumu və bu obyektlərdən oğurluq etmələri (zahirən vəhabilər bunu halal hesab edirlər) barədə məlumat vermiş, Meşə qardaşlarınn bəzi üzvlərinin saxlanıldığını bildirib. Amma Rusiyanın Dağıstan ərazisi ilə qonşu olduğundan vəhabi qruplarının öz təhlükəli fəaliyyətləri üçün maraqlı olan şimal rayonlarından əlavə, Sumqayıt və paytaxt Bakı şəhərləri vəhabi qruplarının əsas fəaliyyət mərkəzləri sayılır. Vəhabi qrupları Azərbaycanda həddindən artıq yeraltı hərəkət etməsinə və bu ölkə üçün təhlükəli proqramlarını münafiqlik metodları ilə pərdələməsinə baxmayaraq, vəhabilərin Suriya və İraqa qarşı başladıqları müharibə bu hərəkatın Azərbaycanda çöhrəsini tamamilə aşkar etdi. Təqribən, 400-1000 nəfər arasında vəhabi bu ölkədən Suriya və İraqa ezam olunmuşdur və Suriyada azəri vəhabilərin sayının çox olmasına rəğmən, “azəri camaatı” batalyonu təşkil edilmişdir.
Suriyaya ezam olunmuş vəhabilərdən təqribən 30 nəfəri Azərbaycana qayıtdıqdan sonra saxlanılaraq, mühakimə edilmişdir. Amma ölkədə bu narahatlıq vardır ki, daha çox sayda vəhabi qayıdacağı surətdə onların çoxunun şəxsiyyəti dövlətə məlum olmadığından, habelə çoxlarını da həbs edə bilməyəcəyi üzündən bu ölkə böyük təhlükə ilə qarşılaşacaq. İraqdan başqa bütün ərəb ölkələri Azərbaycanda vəhabi-sələfi hərəkatlarını himayə edir. Bu arada Türkiyə də Azərbaycana məzhəbi nüfuz etmək məqsədilə bu ölkədə “Nurçu” hərəkatını formalaşdırıb. Hal-hazırda sözügedən hərəkat da Azərbaycanda təhlükəli bir amilə çevrilmişdir. Xüsusi bir dövrdə, hətta nurçuların bu ölkədə mümkün çevriliş etməsi və Bakıda hökuməti ələ keçirməsi kimi ciddi bir təhlükə gözlənilir. Türkiyə və Türkiyə vasitəsilə istiqamətlənən nurçular, son illərdə Suriya və İraqda baş verən müharibələr səbəbindən regional balansın pozulmasından sonra vəhabilərlə taktiki (hətta demək olar ki, strateji) əməkdaşlıq etməyə başlayıblar. Bu əməkdaşlıq və Azərbaycan vəhabilərindən faydalanmaq sionist rejim, Amerika və İngiltərənin siyasətindən hesab olunur.

  • Yazılıb
  • da (də) 2016 Jan 11
  • Göndərən مدير سايت Aran News