Nardaran Ağsaqqallar Şurası sədrinin dövlətə xəyanət ittihamı ilə həbs edilməsi məntiqsizdir.
Arannews- Azərbaycan Respublikasında siyasi ekspert Zərdüşt Əlizadə Nardaran Ağsaqqallar Şurasının sədri Hacı Natiq Kərimovun dövlətə xəyanət ittihamı ilə həbs edilməsini məntiqsiz adlandırıb.
Əlizadə əlavə edib: Dövlət xaini ya silahlı terror qruplaşmasına bağlı olmalı, ya quldur bir qrupa başçılıq etməli yada ki, ölkənin sirlərini xarici ölkələrə verməlidir.
Hacı Natiq Kərimov bu xüsusiyyətlərə malik deyil, üstəlik sadə və mömin insandır.