Tarix : 2016 Jan 12
Kod 47545

Azərbaycanda 60-dan çox şəxs barəsində inzibati qaydada həbs tədbiri seçilib

hazırda inzibati qaydada həbs olunan 15 Nardaran sakini Daxili İşlər Nazirliyinin İnzibati Həbs Olunanların Saxlanma Məntəqəsində saxlanılır.
Arannews- Azərbaycan Respublikasinin Nardaran qəsəbəsində ümumilikdə 60-dan çox şəxs barəsində inzibati qaydada həbs tədbiri seçilib.
Hüquq-mühafizə orqanlarından verilən xəbərə görə, hazırda inzibati qaydada həbs olunan 15 Nardaran sakini Daxili İşlər Nazirliyinin İnzibati Həbs Olunanların Saxlanma Məntəqəsində saxlanılır.
Məlumata görə, inzibati qaydada həbs olunan şəxslərdən 50-dən çoxu artıq azadlığa buraxılıb.
Qeyd edək ki, ötən il noyabrın 26-da Daxili İşlər Nazirliyi tərəfindən Bakı şəhərinin Nardaran qəsəbəsində xüsusi əməliyyat keçirilib./sahartv


  • Yazılıb
  • da (də) 2016 Jan 12
  • Göndərən مدير سايت Aran News