Kərbəlayi Natiq Kərimovun uzun müddət xarici təhlükəsizlik təşkilatları ilə əməkdaşlıq etmək kimi gülünc ittihamlarla saxlanılması, öz növbəsində Azərbaycan Respublikasına hakim sekülar-sionist qüvvələrin mahiyyətini bir daha ifşa edən digər bir amildir.
AranNews- Azərbaycanın bədnam və ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin varisi, Dövlət Təhlükəsizlik Xidməti Nardaran dindarlarının şəhadətinin 40-cı günü ilə eyni zamanda Nardaran Ağsaqqallar Şurasının sədri Kərbəlayi Natiq Kərimovun saxlanılmasını xəbər verdi. Yeni təsis edilmiş DTX-nin rəsmi məlumatında Kərbəlayi Natiq Kərimov dövlətin təhlükəsizliyi əleyhinə casusluq etməsi, xarici ölkələrin təhlükəsizlik təşkilatları ilə əməkdaşlıq etməkdə ittiham olunur. Əlbəttə, rəsmi məlumatda bu xarici ölkənin adı çəkilməyib. Bu ittihamın İran İslam Respublikası əleyhinə kinayə olmasından əlavə, hamı, hətta MTN-nin varisi və bu qorxulu təşkilatın öz çöhrələrini dəyişənləri də bu planı cızmalarına baxmayaraq, onun gülünc olmasına etiraf edirlər. Hərçənd, bu ittiham elanında İranın adını çəkməməklə bir növ bəzi “məsləhəti nəzərə alan” diplomatların qulluqbazlığının əvəzini çıxmaq istəyiblər.Amma Kərbəlayi Natiq kimdir və nə üçün saxlanıldı?
Kərbəlayi Natiq Kərimov, səfa və səmimiyyəti təkcə Nardaranda deyil, bütün Azərbaycana məlum olan hörmətli qoca bir kişidir. Nardaran camaatı onu haqlı olaraq ən çətin şəraitdə və ən ağır repressiya dövründə heç nədən qorxmadan həqiqəti deyən Hacı Əlikram Nardaraninin yolunun davamçısı bilirlər. Kərbəlayi Natiq Kərimov, təkcə Azərbaycanın sekülar hökumətinin Nardaranı iqtisadi blokadada saxladığı bir neçə ildən əlavə, 2015-ci il 26 noyabrda Bakı polis-təhlükəsizlik qüvvələrini Nardaranda camaat namazına və imam Hüseyn (ə) əzadarlığı keçirən dindarlara vəhşicəsinə hücum etdikləri və 1 dekabrda Daxili Qoşunların və DTX-i qüvvələrinin bu qəsəbəyə girməsi və qəsəbədə hərbi vəziyyət elan olunandan sonra (özünün azadlıqda olduğu) 40 gün müddətində də Nardaranın ən danışan natiqi olmuşdur. Məlumatlı şahidlərin fikrincə, DTX Nardaran natiqini həbs etməklə Nardaranı boğmaq istəyir ki, daha bu qəsəbənin məzlumluğunu deyə bilən bir natiq qalmasın və Bakı rəhbərləri ölkədə, xüsusilə də Nardaranda şiə kimliyi əleyhinə öz planlarını asanlıqla icra edə və təkmilləşdirə bilsinlər. Daxili Qoşunların və təhlükəsizlik məmurlarının Nardaranda yerləşdirilməsindən və “Nardaranın yenilənməsi və müasirləşməsi” planının başlanmasından sonra Kərbəlayi Natiq Kərimov təkbaşına öz nardaranlı səfa, sadəlik və sədaqəti ilə sionist-sekülar maşınının təbliğat hərəkatı ilə mübarizəyə qalxdı və bir sıra medialarda Nardaran həqiqətlərini açıqlamaqla Nardaranın media blokadasını sındırırdı, qəsəbəyə qarşı olunan zülmü xarici dünyaya çatdırmağa çalışırdı.
Bakı polisinin Nardaranda İmam Hüseyn (ə) əzadarlarına qanlı hücum etməsi və 5 nəfər şəhid etməsi Nardaran camaatının hisslərini coşdurdu. Camaat, İmam Hüseyn (ə) meydanında toplaşaraq 2002-ci ildə olduğu kimi polis qüvvələrinə sərt cavab vermək istəyirdilər. Lakin, Kərbəlayi Natiq sakitlik yaradaraq vəziyyəti nardaranlıların haqlarının dinc və vətəndaş hüquqları çərçivəsində həll edilkməsi səmtinə yönəltdi, 26 noyabr faciəsinin amillərinin cəzalandırılmasını istədi, vəziyyətdən məntiqi çıxış yolu tapmaq üçün dövlətlə müzakirəyə getməyə şərait yaratdı. Amma 26 noyabr qanlı hücumu ilə Nardaran və ölkədə şiəliyə qarşı öz mühüm layihəsini başlamış Azərbaycan dövləti, Nardaran Ağsaqqallar Şurasının sədri Natiq Kərimovla razılaşmasını ayaq altına atdı və Nardaran əhalisi Kərbəlayi Natiqin və digər ağsaqqalların xahişi ilə İmam Hüseyn (ə) meydanında başladıqları aksiyaya son qoyduqdan sonra, həmin günün səhərisi, dövlət, Nardarana 5 min nəfərlik qoşun yeridərək, bu qəsəbəni bağlı elan etdi, bütün şiə simvollarını yığışdırdı, məscidləri bağladı, prezident tərəfindən Nardaranı “müasirləşdirməyə” 12 milyon manat məbləğində vəsait ayrıldı. Bütün bunlar həqiqətdə Nardaranda kimliyi məhv etmək məqsədi güdür.
Bakı mediası dövlətin hərbi hökumət proqramının icrası üçün Nardarana yeridilən qoşun qüvvələrinin sayını gizlətdikləri bir zamanda Nardaran Ağsaqqallar Şurasının sədri Natiq Kərimov elan etdi ki, 8 min nəfər əhalisi olan kəndə ən azı 5 min nəfərlik qoşun yerləşdirilib.
Nardaranın çöhrəsinin və kimliyinin dəyişdirilməsi layihəsinin başladığı mərhələdə də yenə Kərbəlayi Natiq Kərimov Nardaranın ən natiq dili olaraq elan etdi ki, nardaranlılar heç vəchlə küçə və meydanların adlarının dəyişilməsi, imamların (ə) adlarının keçid və meydanlardan götürülməsi ilə razılaşmayacaq. Bu mövqei elan etməsi Nardaranın kimliyini dəyişməyi planlaşdıranları bir daha rüsvay etdi və sionist-sekülar qüvvələr Nardaran kimliyinin başını gizlində və heç kimin xəbəri olmadan kəsə bilmədilər. Bununla da Kərbəlayi Natiq Bakının Nardaran əleyhinə media blokadasını qırdı.
Həmçinin, sekülar-sionist qüvvələri Nardaran camaatının Ayətullah Şeyx Nimrin məzlumcasına şəhid edilməsinə görə vəhabi cinayətlərinə etiraz etmək üçün işğal olunmuş İmam Hüseyn (ə) meydanına toplaşa bilməyəcəklərindən arxayın olduqları bir zamanda bu Kərbəlayi Natiq Kərimov idi ki, Nardaran Ağsaqqalları Şurasının digər üzvləri ilə birlikdə sekülar-sionist qüvvələrinin rahatlığını əlindən aldı, inqilabçı və işıqlandırıcı bir bəyanatla çıxış etdi və bildirdi ki, Nardaran öz şiə kimliyini qoruyub saxlayacaq, İslam dünyasının düçar olduğu hər bir məsələdə iştirak edib öz sözünü deyəcək.
Kərbəlayi Natiq Kərimovun saxlanılması haqqında göstəriş də Ali-Səud zülmü altında yaşayan şiələri Nardaranın simvolik olaraq müdafiə etməsi, nardaranlıların repressiya edilməsini bayram edən vəhabilərin qəzəblənməsi ilə eyni zamanda verildi. Çünki hal-hazırda Nardaran özü sekülar-sionist qüvvələrinin zülm və sitəmləri altında ən çətin günlərini yaşadığı, lakin bununla belə öz şiə ənənəsinə uyğun həyat tərzini və etiqadını nümunəvi bir surətdə qoruduğu halda yenə məzlumu müdafiə etməyi unutmur və bunu öz vəzifəsi hesab edir. Elə bu mövzu da Azərbaycanda sekülar-sionist-vəhabi koalisiyasını bərk narahat etmişdir. Maraqlı budur ki, Azərbaycanın şiə xalqına qarşı zülm və sitəmin günbəgün artdığı bir halda öz sorğu keçirmə fəaliyyətinə görə dünyada “tanınan” Amerikanın "Gallup" analitik şirkətinin yaydığı məlumatında Səudiyyə Ərəbistanı və Azərbaycan Respublikası Kolumbiya və Ficidən sonra dünyanın 4-cü ən xoşbəxt ölkəsi kimi tanıdılıb. Bundan da maraqlısı sorğunun nəticələrinin vəhabilərin Ərəbistana bağlı və bu günlərdə Azərbaycan və dünya şiələri əleyhinə daha da fəallaşan “sələf xəbər” saytında yayılmasıdır. Xəbərdə iddia olunub ki, Səudiyyə Ərəbistanı əhalisinin 82 %, Azərbaycan xalqının 81 %-i öz ölkələrindən tam razıdır və özlərini xoşbəxt hiss edirlər. Belə bir sorğunun gülünc nəticələrinin yayılması Amerikanın "Gallup" analitik şirkətinin rüsvay olmasına və onun etibarının sual altına düşməsinə kifayət etsə də, Amerika və sionist mərkəzləri ilə vəhabi Səudiyyə və ateist Azərbaycan mərkəzləri arasında bağlılıqları üzə çıxardı və rüsvay etdi. Amma diqqətdən qaçırmaq olmaz ki, Azərbaycanda Natiq Kərimov kimi sözünü deyən insanlar həmişə vardır, İslam düşmənlərinin və vəhabilərin bu qəbildən olan axmaq hərəkətləri qarşısında dayanır, onların əsl çöhrəsini ifşa edərək, gənc nəsilə, xalqa çatdırır, sekülar-sionist planlarının Azərbaycanda icra olunmasının qarşısını alır, ya ən azından onların işini çətinləşdirir.
Mövzunu izləyən siyasi ekspertlərin fikrincə, Kərbəlayi Natiq Kərimovun uzun müddət xarici təhlükəsizlik təşkilatları ilə əməkdaşlıq etmək kimi gülünc ittihamlarla həbs edilməsi, öz növbəsində Azərbaycan Respublikasına hakim sekülar-sionist qüvvələrin mahiyyətini bir daha ifşa edən digər bir amil olacaq, həmçinin aşkar şəkildə göstərəcək ki, Bakının sionizm hərəkatı və sionist rejimindən ayrı bir dövlət olmasını və onunla qarşılıqlı konstruktiv anlaşma yaratmağın mümkünlüyünü fikirləşərkək, “məsləhəti nəzərə alan” və mənfəət ardınca olan bəzi diplomatların təsəvvürünün batil və puç olduğunu göstərəcək.