Tarix : 2016 Jan 12
Kod 47550

Nardaranda sökülən evlərin sakinləri etiraz edirlər

“Azəryolservis” ASC tərəfindən qəsəbənin mərkəzi küçələrində təmir-tikinti işləri aparılır. Yolların genişləndirilməsi zamanı söküntüsü planlaşdırılan mənzillərin sahibləri narazıdır.


AranNews-
“Azəryolservis” ASC tərəfindən qəsəbənin mərkəzi küçələrində təmir-tikinti işləri aparılır. Yolların genişləndirilməsi zamanı söküntüsü planlaşdırılan mənzillərin sahibləri narazıdır.

qəsəbə sakinləri evlərinin sökülməsi zamanı onlara veriləcək kompensasiyadan narazıdırlar. Belə ki, sakinlərin sözlərin görə, yaşayış və qeyri-yaşayış obyektlərinin söküntüsü zamanı vətəndaşlar 100-400 manat məbləğində kompensasiya ödəniləcək.
Hazırda təmir-tikinti işlərinin davam etdiyi Abşeron küçəsinin sakinləri söküntü zamanı mənzillərinin 1 kvadratmetrinə görə veriləcək 400 manat kompensasiyadan narazıdırlar. Sakinlər deyir ki, bu məbləğlə yenidən ev tikmək və ya ev almaq mümkün deyil. Həyətyanı sahələrə verilən kompensasiyanın məbləği isə 100 manatdır.
Abşeron küçəsində yerləşən və yolun genişləndirilməsi zamanı plana düşəcək evlərin siyahıya alınması “Azəryolservis” ASC tərəfindən həyata keçirilir.
  • Yazılıb
  • da (də) 2016 Jan 12
  • Göndərən مدير سايت Aran News