Tarix : 2016 Jan 12
Kod 47552

Yəməndə daha bir xəstəxana bombalandı

Səudiyyə rejiminin Yəmənə təcavüzünün nəticəsi: 1725-i uşaq olmaqla 7400 -dən çox insan həlak olub.
AranNews- Raket zərbələri nəticəsində Yəməndə daha bir xəstəxana tamamilə dağıdılıb. 5 nəfərin həlak olduğu bildirilir.
Bazar günü Səudiyyə rejim qırıcıları Yəməndə Sərhədsiz Həkimlər qrupu tərəfindən idarə olunan tibbi klinikaya raket hücumu nəticəsində ən azı 4 nəfər həlak olmuşdu.
Beynəlxaq Qırmızı Xaç elan edib ki, Səudiyyə Ərəbistan qırıcıları son bir neçə ay ərzində Yəməndə 100-dən çox tibb məntəqəsi və xəstəxananı bombalayıb. Bildirilib ki, tibbi avadanlıq çatışmamazlığı yaralılar üçün ölüm təhlükəsi yaradır, Yəməndə həkimlər yarı dağılmış və az avadanlıqlarla yaralıları müayinə etsin.
Yəmən İnsan Haqları təşkilatları elan edib ki, Səudiyyə Ərəbistanın Yəmənə təcavüzü nəticəsində inidiyədək 7441 nəfər həlak olub ki, onlardan 1725-i az yaşlı uşaqlardır.
Yəmən İnsan Haqlar Təşkilatları öz məruzələrində bildiriblər ki, Səudiyyə Ərəbistanın rejiminin başçılıq etdiyi koalisiyanın Yəmənə ötən 9 ayda təcavüzü nəticəsində 13846 nəfər yaralanıb ki, onlardan 1492-i nəfəri az yaşlı uşaqlardır.
İnsan Haqları Təşkilatları elan ediblər ki, bu hücumlar və təcavüz nəticəsində Yəməndə infrastruktura ciddi ziyan dəyib, məktəblər, xəstəxanalar və evlər dağıdılıb.
  • Yazılıb
  • da (də) 2016 Jan 12
  • Göndərən مدير سايت Aran News