Suriya məclisinin sədri bəzi ərəb və Qərb ölkələrinin Suriyada böhran yaratmaq üzrə mövqe və rəftarlarını tənqid edib.
AranNews- Suriya məclisinin sədri Cihad Əlləham bazar ertəsi günü gecə İranın daxili işlər naziri Əbdürreza Rəhmani Fəzli ilə görüşdə vurğulayıb: İlkin insan haqları ilə müxalif və qanundan kənar edamlar həyata keçirilən, ifratçılıq və terrorizmi dəstəkləyən və müharibələr törətmək yolu ilə regionun durumunu böhanlı etməyə çalışan dövlətlər cəzasız qalmayacaqlar və onlar regionu bundan artıq şəkildə savaşlar və hərc-mərcliyə tərəf sürükləmək icazəsinə malik deyillər.
Cihad Əlləham Dəməşqdə keçirilən bu görüşdə deyib: Bəzi ərəb və Qərb ölkələri tərəfindən tətbiq olunmuş Suriyaya qarşı zalımcasına müharibə şəraitinin, xüsusən bu ölkə xalqına qarşı sanksiyaların hədəfi, adi vətəndaşlar və onların ən ibtidai həyat şəraitlərinin əlllərindən alınmasıdır.
Suriya məclisinin sədri həmçinin dost və qardaş ölkələrin, xüsusən İran və Rusiyanın, eləcə də Briks-ə üzv ölkələrin yaraqlı terrorçu qruplarla mübarizədə Suriyanı himayə üzrə şərəfli mövqelərinə görə təşəkkür edib.
Cihad Əlləham İranın problem və təhlükələr qarşısında məzlum dövlət və xalqları, xüsusən Suriyanı strateji himayəsini vurğulayaraq, deyib: Region düşmənləri terrorizmi himayə, savaşlar salma və Şeyx Nimir Baqir Əl-Nimiri qanunsuz edam etməklə gərginlik yaratmaq fikrində olsalar da regionun durumunu gərginləşdirməyə və iltihablı etməyə qadir olmayacaqlar.
İranın daxili işlər naziri ikitərəfli əlaqələri dərinləşdirmək məqsədilə bazar ertəsi günü bir heyətlə Suriyaya daxil olub.
İki ölkənin daxili işlər nazirlikləri arasında həmkarlıq anlaşmasını icra etmək barədə müzakirənin aparılması gözlənilən bu ikigünlük səfərdə Rəhmani Fəzli Suriyanın yüksək vəzifəli rəsmiləri ilə görüşəcək.