Tarix : 2016 Jan 12
Kod 47556

İstanbulun mərkəzində güclü partlayış baş verib

Hadisə nəticəsində onlarla polis yaralanıb.
Arannews- İstanbulun mərkəzi meydanlarından olan Sultanahmetdə güclü partlayış baş verib. 
 səbəbi hələ müəyyən edilməyən partlayış zamanı bir polis maşını aşıb. Hadisə nəticəsində onlarla polis yaralanıb.
Sultanahmetdə olan jurnalistin dediyinə görə, hadisə  canlı bombanın özünü partlatması nəticəsində baş verib. Onlarla ölü və yaralının olduğu bildirilir.
Yerli vaxtla saat 10:20-də baş verən partlayış o qədər güclü olub ki, yaxınlıqdakı polis avtomobili aşıb. Hadisənin şokunu üstündən atan insanlar aşan avtomobillərdəki yaralı polisləri və digər insanları xilas etməyə başlayıblar.
Ərazidə təhlükəsizlik tədbirləri gücləndirilib.

  • Yazılıb
  • da (də) 2016 Jan 12
  • Göndərən مدير سايت Aran News