Tarix : 2016 Jan 13
Kod 47561

Ali-Səudun Yəmənə qarşı cinayətlərinə baxılması istənilib

Yəmənin İnsan Haqları Nazirliyi Ali-Səudun bu ölkə xalqına qarşı cinayətlərinin araşdırılması üçün həqiqətarama komitəsinn təşkilini istəyib.
Arannews- Yəmənin İnsan Haqları Nazirliyi bir bəyanatda BMT-nin Təhlükəsizlik Şurası, İnsan Haqları Şurası və Beynəlxalq Qızıl Xaç Komitəsindən istəyibdir ki, Ərəbistanın Yəmənə qarşı işlətdiyi qanunsuz silahlar barədə beynəlxalq komitə yaratsınlar.
Bu bəyanat Ali-Səudun Yəmənin müxtəlif vilayətlərində kasset bombalardan istifadə etməsinə toxunaraq, bildirib ki, BMT, bütün ölkələr və beynəlxalq təşkilatlar bu təşkilatın əsasnaməsinə və insan haqları razılaşmalarına əsasən, Ərəbistan ilə müttəfiqlərinin Yəmənə qarşı hava hücumlarının dayandırılması hədfəilə tez bir zamanda lazımi tədbirlərin görülməsi üçün addım atsınlar.
Yəmənin İnsan Haqları Nazirliyi Ərəbistanın Yəmən xalqına qarşı insanlığa zidd və hərbi cinayətlərinin araşdırılması məqsədilə həqiqət arama komitəsinn təşkili üzrə xahişlə vurğulayıb ki, Ali-Səud bu cinayətlərə görə, mühakimə olunmalıdır.
Bu nazirlik həmçinin yəmənlilərin Ərəbistan tərəfindən qanunsuz silahlardan istifadə ilə qəsdən öldürülmələrini pisləyərək, yəmənlilərin qəsdən qırğını və soyqırımını insan haqları və beynəlxalq qanun və prinsiplərə zidd bilib.


  • Yazılıb
  • da (də) 2016 Jan 13
  • Göndərən مدير سايت Aran News