Suriya ordusu Latakiyanın şimalında, terrorçuların əsas bazası sayılan Səlma şəhərini azad ediblər.
Arannews- Suriyanın Latakiya əyalətində yerləşən strateji əhəmiyyətli Səlma şəhərinin terrorçular tərəfindən 4 illik işğalına son qoyulub və şəhər ordu qüvvələri tərəfindən azad edilib.
Suriya ordusu Latakiyanın şimalında, terrorçuların əsas bazası sayılan Səlma şəhərini azad ediblər. Ordu qüvvələri həmçinin şəhərin ətrafında yerləşən təpəliklərə də nəzarəti təmin ediblər.
Bu əməliyyat Latakiyanın cənub-şərq hissəsinin terrorçulardan azad edilməsindən bir neçə saat sonra həyata keçirilib.
Suriya ordusu Həma şəhərinin cənub hissəsindəyerləşən Cərcisə qəsəbəsini və Rəstən gölünün şimal sahilini də terrorçulardan azad edib.