Hakimiyyət düşünür ki, Oqtay Əsədovun MTN-dəki məlum dəstə ilə isti münasibətləri olub.
AranNews- “MTN işi” Oqtay Əsədovun hakimiyyətdəki mövqelərinə ciddi zərbə vurub.
Məlumatda bildirilir ki, Oqtay Əsədovun işə götürdükləri arasında keçmiş MTN şefi Eldar Mahmudovun dəstəsinin əsas fiqurlarından olan Akif Çovdarovun, həmçinin Eldar Mahmudova yaxınlığı ilə tanınan keçmiş deputat Çingiz Əsədullayevin övladlarının olması onu hədəfə gətirib. Hakimiyyətdə düşünürlər ki, Oqtay Əsədovun MTN-dəki məlum dəstə ilə isti münasibətləri olub.
Digər tərəfdən spikerin nəqliyyat naziri Ziya Məmmədovla da yaxınlığı üzə çıxıb. Oqtay Əsədovun Milli Məclisə işə götürdüyü şəxslər arasında Ziya Məmmədovun qardaşı, keçmiş deputat Elton Məmmədovun da oğlu var. Məlumat üçün deyək ki, Ziya Məmmədov da hədəfdə olan məmurlardandır. Nəqliyyat naziri artıq bir müddətdir ki, “vurulmuş” kadr sayılır. Onun nazir kimi fəaliyyəti də formal xarakter daşıyır. Çünki Nəqliyyat Nazirliyinin səlahiyyətlərinin demək olar ki, hamısı əlindən alınıb.