Suriya prezidenti: " Mütləq əgər İranın yardımları olmasaydı, Suriya son geniş qələbələrə nail olmaz və regionda daha çox müsibət baş verərdi"
Arannews- Suriya prezidenti İranın bu ölkəyə hərbi təlim köməkləri və himayələrindən razılıq edib.Bəşşar Əsəd İranın daxili işlər naziri Əbdürreza Rəhmani Fəzli ilə görüşdə əlavə edib: Mütləq əgər İranın yardımları olmasaydı, Suriya son geniş qələbələrə nail olmaz və regionda daha çox müsibət baş verərdi.
Əsəd vurğulayıb: Əcnəbilər, xüsusən sionist rejim və Amerika əllərindən gələni edirlər ki, regionu təkfirçilər və terrorçuların alovunda və ixtilaf salmaqda yandırsınlar, amma müqavimət mehvəri bu cinayət və xəyanətlərin qarşısında durubdur.
Suriya preizidenti Qərbi tənqid edərək, deyib: İnsan haqları iddiasında olan ölkələr terrorizmlə mübarizə üzrə sözlərinin heç biriniə əməl etməyiblıər və əslində onlar terrorçuların kənarındadırlar.
İranın daxili işlər naziri Rəhmani Fəzli də deyib: İran müqavimət mehvərinin kənarındadır və dünyanın hər bir yerində bir müsəlman və ya azadə zülm, təcavüz və terrorçuların cinayətlərinə məruz qalarsa, İran İslam Respublikası onu himayə edəcəkdir.