qiymətlərin bahalaşması və işsizliyin artmasına gorə Füzuli və lənkəran rayonlarinda etiraz aksiyalari keçirilib.
AranNews- Füzuli Rayon İcra Hakimiyyəti başcısının birinci müavini Bağır Aslanov açıqlamasında rayonun Balabəhmənli kəndi ərazisində aksiya keçirilməsinə münasibət bildirib. O deyib ki, Balabəhmənli kəndinin 500-ə yaxın sakini Bakı-Horadiz avtomobil və dəmir yolunu kəsməyə cəhd ediblər: Aksiya keçirilən əraziyə rayon polis qüvvələri cəlb olunub. İcra başçısı Alı Alıyev və rayon hüquq-mühafizə orqanları rəhbərlərinin ərazidə sakinlərlə profilaktik izahedici söhbətindən sonra aksiya iştirakçıları dağılışıblar.
Eyni halda, Lənkəranda vətəndaşlar qiymətlərlə etiraz edərək yolları bağlayıblar. Digər tərəfdən isə, YPX mitinqlə əlaqədar Ləvəngi dairəsini bağlayaraq maşınların Liman şəhərinə (ümumiyyətlə Bakıya) tərəf getməsinə maneə yaradıb.
Manatın devalvasiyasından sonra ölkə daxili problemlər daha da ciddiləşməyə başlayıb. Belə ki, hakimiyyətin maaşla bağlı artımı sıfır həddə olduğu üçün, qiymətlərin isə, azı iki dəfəyə yaxın artması səbəbi vətəndaşların banklara olan borcu və bu borcların devalvasiya ilə əlaqədar bir neçə dəfə atması kütlənin magistiral yolları bağlamaqdan başqa bir ümüd qalmadıqlarını göstərir.