Tarix : 2016 Jan 14
Kod 47573

Siyəzəndə etirazlar davam edir

Siyəzən şəhərində bahalaşma əleyhinə başlayan etirazlar, bu gün də davam edir.


AranNews-
Hal-hazırda Siyəzəndə polislər aksiya iştirakçılarını dağıtmaq üçün rezin güllələrdən istifadə edirlər. Xüsusi təyinatlılar və Daxili doşunlar Siyəzənə yeridilir. Çox sayda PPX və ÇPA-da şəhərin mərkəzinə gətirilib. Aksiya iştirakçıları və polislər arasında mübahisələr davam edir.

Çox sayda həbs olunanlar var. İnsanlar gecəni də İcra Hakimiyyetinin qarşısında keçirib.
Məktəblilər evə buraxılmır. 6 saylı məktəbin ərazisinə də qaz bombasının atıldığı, uşaqlar arasında zəhərlənənlərin olduğu da deyilir.
Gələn məlumatlar arasında o da bildirilir ki, Şabran əhalisinin aksiyaya dəstək verməməsi üçün yollar bağlanıb.
  • Yazılıb
  • da (də) 2016 Jan 14
  • Göndərən مدير سايت Aran News