yanvarın 15-də,24Rayon camaatı bahalığa etiraz olaraq İcra Hakimiyyətinin binasının qarşısına toplaşmağı qərarlaşdırıb.
AranNews- Saatlı rayonunda da vəziyyət həddindən artıq ağırdır. Belə ki, ötən həftənin üçüncü günü 50-dən çox qadın bahalaşma ilə əlaqədar rayon İcra Hakimiyyətinin binasına gələrək, icra başçısı Siraqəddin Cabbarovla görüşüb. Görüşdə qadınlar uşaqlarının evdə ac olduqlarını icra başçısının diqqətinə çatdıraraq ondan yardım istəyiblər. İcra başçısı isə həmin şəxslərə bildirib ki, o və rəhbəri olduğu İcra Hakimiyyəti xeyriyyəçiliklə məşğul olmur: “Kimsəyə də yardım etçəyəcəyik”.
ehtiyac içində boğulan insanlar növbəti dəfə, ötən həftənin cümə günü yenidən İcra Hakimiyyətinə gələrək, icra başçısı ilə görüşmək istəyiblər. Lakin bu dəfə onları qəbul edən olmayıb.
Məlumatda deyilir ki, vəziyyəti belə görən insanlar Heydər Əliyev Parkının içindəki heykəlin ətrafına yığışaraq, etirazlarını bildirdikdən sonra dağılışıblar. Lakin günün sonuna yaxın xəbər gəlib ki, artıq bütün sahibkarlar da daxil olmaqla, Saatlı əhli etiraz aksiyası keçirmək barədə qərar qəbul edib.
Qeyd edək ki, Saatlı rayonunda artıq 5 günə yaxındır ki etirazlar səngimir. Rayonun Sarıcalar kəndinin əhalisi də 10 gündür işıqsız qaldıqlarından etiraz aksiyası keçiriblər. Lakin bu günə qədər Sarıcalara işıq verilib, verilmədiyi də bəlli deyil.