Tarix : 2016 Jan 15
Kod 47579

Azərbaycan Xalqi borc bataqlığında boğulur

Millet ayilib, xalq oz haqqini teleb etmelidir, İlham Əliyev istefa verməlidir.
AranNews- Azərbaycanda işsizlər ordusunun sıraları artıq günbəgün, saatbasat artır, aclıq qorxusu toplumun ruhuna hakim kəsilib, bəlkə də son 20 ildə ilk dəfədir ki, cəmiyyətin hər kəsimində gələcəklə bağlı böyük əndişələr var, hətta illərdən bəridir Sistemin vintciyi və təkərciyi funksiyasını yerinə yetirən adamlar da narahatdırlar, uzun müddət bu pis gedişatın bir parçası olmağa razılaşmış adamlar da narazılıqlarını və peşmanlıqlarını dilə gətirirlər.
Rejim isə bu vurhavurda  2016-cı ili “Multikulturalizm ili” elan edib! 2016-cı ilin adını lap “Antiböhran ili” qoysalar da dəyişən bir şey olmayacaqdı, Azərbaycanı nəhəng iqtisadi fəlakətdən qurtarmaq üçün hər hansı addım atmayacaqdılar, daha doğrusu, ata bilməyəcəkdilər. Bunun üçün intellektual baza, modern dünyagörüş lazımdır. Indiyədək gedilən yolun yanlışlığını dərk və qəbul etmək lazımdır. Yalnız azad, demokratik, mədəni dünyanın bir parçasına çevrilməyi hədəfləyən, bunu qarşısına ali məqsəd kimi qoyan və o məqsədə doğru qətiyyətli addımlar atmaq iradəsində, qabiliyyətində olan bir idarəetmə zehniyyəti, ölkəni düşdüyü indiki girdabdan qurtara, xoşbəxt, işıqlı gələcəklə bağlı ümidləri yenidən dirçəldə bilər. Millet ayilib, xalq oz haqqini teleb etmelidir, İlham Əliyev istefa verməlidir.
  • Yazılıb
  • da (də) 2016 Jan 15
  • Göndərən مدير سايت Aran News