Dövlət, Azərbaycanın bayrağını uzun illərdir erməni işğalında olan Şuşa və Qarabağda sancsın.
AranNews- Nardaran hadisələrinin şahidi olmuş azərbaycanlı, Arannews müxbirinə müsahibə verib:
- Nardaran hadisələrinin həqiqətindən bizə danışın.
- Bu hadisələrin kökü biganə ölkələrin müdaxilələrindədir. Azərbaycan hökuməti hicab qadağası, məscidləri dağıtmaqla xalqı təhrik etdi. Din təbliğatçılarını həbs etməklə xalqı qorxutmaq istədilər. Mesaj verdilər ki, kim hakimiyyətə qarşı qalxsa, həbs ediləcək. Bu eynilə o deməkdir ki, İmam Hüseyn (ə) qiyam etməsəydi, Yezid onu şəhid etməyəcəkdi. Amma bu suala cavab verən yoxdur ki, İmam Hüseyn (ə) nə üçün qiyam etdi? Yəni Azərbaycanda bir kəs camaata demir ki, həbs olunan dindar və təbliğçi dindən danışdığı üçün həbs olunub. Azərbaycanda dindarlara qarşı təzyiq və repressiyalar həqiqətdə 1997-ci ildə hökumətin İsraillə aşkar biətindən sonra başladı.
O zaman indiki kimi radikallıq yox idi və dövlət çox işləri üstüörtülü edirdi. Amma hicab qadağasında hər şey aşkar oldu. Doktor Səmədov çıxış edərək, öz etirazını bildirdi və bunun ardınca təqribən 300 nəfər saxlanılaraq, həbsxanaya göndədildi.
Bir müddət sonra məscidin dağıdılması hədisəsi ortaya çıxdı. Belə nəzərə gəlir ki, dövlət adamları öz məqsədlərinə çata bilmir. Yəni hicabı rəsmi surətdə yasaqlamaqla və ya məscidi dağıtmaqla yenə öz istəklərinə çatmırdılar. Çünki camaat onların gözlədiklərinin əksinə reaksiya verirdilər.
Çıxış edən və dindən danışan hər bir ruhaninin xalq arasında xüsusi hörməti və yeri var idi. dövlət onun xalq arasında olan hörmətini aradan aparmq üçün onu radikal dindar kimi tanıtmağa cəhd edir və bunu xalq arasında yayırdılar. Çünki bilirdilər ki, sonradan dindarları radiakllıqda şərləyəcəklər.
Bu mövzunun bariz nümunəsi odur ki, bəzi informasiya şəbəkələrində Hacı Tale Bağırovun adı Əl-Qaidə başçısı Molla Ömər, İŞİD başçısı Əbubəkr Əl-Bağdadinin adı ilə yanaşı çəkildi. Amma hamıya gün kimi aydındır ki, Molla Ömər və Əl-Bağdadi təkfirçi, vəhabi cərəyanı təmsil edir və onların rəsmi və aşkar düşməni şiələr və onların rəhbərləridir. Azərbaycan hakimiyyəti həyasızcasına Hacı Taleni təkfirçi terrorçularla yanaşı çəkir. Bununla bütün şiə camiəsini bərk nəzarətdə saxlamaq və onlara radikallıqda şərləmək istəyir.
Azərbaycanın təhlükəsizlik qüvvələri İslamın ən bariz və ən əsas məsələlərini qadağan etdi. Çünki bilir ki, belə olduqda həqiqi dindarlar etiraz edəcək, onlar da dindarları radikal kimi tanıdaraq, meydandan çıxaracaqlar.
Nardaran hadisələri əvvəlcədən hazırlanmış layihə idi. Onlar həqiqi dindarları radikal damğası ilə meydandan uzaqlaşdırmaq istəyirdilər. Hacı Tale Bağırov Nardaran hadisələrindən qabaq 2 dəfə həbsdə olub; bir dəfə hicab məsələsinə görə, bir dəfə də Yasamalda olduğu zaman. Amma hər dəfə azadlığa çıxdıqdan sonra onu konfranslara dəvət etdilər və o qəbul edirdi. Bu dəfə də əgər həqiqətən onu saxlamaq istəyirdilərsə, ona çağırış göndərərək saxlaya bilərdilər.
Bir neçə il öncə sələfilərə qarşı əməliyyatda bir polis əməkdaşı öldürüldü, amma MTN müxtəlif taktikadan istifadə edərək bunu gizlətdi və heç kəs bu hadisədən xəbər tutmadı. Nardaran hadisəsində isə iki polis əməkdaşı təhlükəsizlik məmurları tərəfindən öldürüldü və dərhal hamı xəbər tutdu. Hətta Türkiyə də bu məsələyə görə narahatlıq hiss etdi və polislə həmdərd olduğunu bildirdi.
- Nə üçün təhlükəsizlik məmurları iki polis əməkdaşını öldürməli və Nardaranda gərginlik yaratmalı idi?
- Bu dediklərimə məntiqi sübutlarım var. Biz şiəyik, etiqadımıza əsasən, heç bir şiə namaza silahla getmir. Nardaran namazqılanlarının bu hadisədə silahı olmayıb. Digər tərəfdən də məlum hadisə namaz vaxtı olub. Bir nəfər namazqılanların arasına nə üçün silahla getməli idi? Yalnız onu öldürəcəklərini bilsəydi, onda silahla getməsi mümkün olardı. Əgər öldürələcəyini bilsəydi, nə üçün orada qalıb namaza məşğul olur və qaçmır?
İkinci sübut budur ki, Nardaran ağsaqqalları hətta, öldürülən iki polis əməkdaşını şəhid adlandırdılar. Halbuki onları təhlükəsizlik məmurları öldürmüşdü. İndi belə bir sual ortaya çıxır ki, biz şiələr öz öldürdüyümüz adamı şəhid adlandırarıqmı? Təhlükəsizlik qüvvələri bizi terrorçu adlandırmaq üçün o günahsız iki polisi öldürdülər. Nardaran dindarları dövlət məmurlarına qarşı atəş açmayıblar.
- Nardaran hadisəsi Ərbəin yürüşü ərəfəsində baş verdi. Hacı Tale məhz namaz üçün oraya gəlmişdi, yoxsa başqa proqramı var idi?
- Hacı Taleni üçün ən münasib yer Nardaran idi. Çünki burada əhalinin hamısı şiə idi. Başqa sözlə, Hacı Tale Azərbaycanda mövcud zəhərlənmiş ab-havadan Nardarana sığınmışdı. O, iğtişaş yaranmasına qətiyyən razı deyildi. Nardarana gedəndə də demişdi ki, bizi həbs etsələr, bu vəhdətimizə görədir. Çünki bizim yolumuz vəhdətdir. Azərbaycan dindarları bir yerə toplanmalı və birləşməlidir.
Həqiqətdə, Eldar Mahmudovun vəzifədən kənarlaşdırılmasının ardınca MTN-in rüsvay olması ilə Azərbaycanın şimal bölgələrində sələfilərlə mübarizə aparmış dövlət, Nardaran hadisəsini yaratmaqla sələfi tərəfdarlarına mesaj verdilər ki, şiələrlə mübarizə niyyəti vardır və sələfiləri özünün düşməni hesab etmir. Bu senarini həyata keçirməklə hələ də şiələr və İslam qarşısında dayandıqlarını göstərdilər.
Eldar Mahmudovun vəzifədən azad edilməsi məsələsində dövlət dərhal şaiyə yaydı ki, MTN rəhbəri prezident ailəsinin telefon danışıqlarını dinlədiyi üçün saxlanılıb. Ölkədə mövcud çapxana mədəniyyətinə görə bu xəbər sürətlə xalq arasında yayıldı. Amma həqiqət bu idi ki, Eldar Mahmudov sələfilər və sionistlərlə əməkdaşlıqda zəif əməl etdiyinə görə vəzifəsindən uzaqlaşdırıldı.
Azərbaycanda ikili rəftar hökm sürür. Bir müddət əvvəl Sumqayıtda sələfi başçılarından birinin evində bir anbar silah kəşf olundu. Amma o vəhabi olduğuna görə cəmi 6 ay həbs verdilər. Amma təhlükəsizlik qüvvələri şiə dindarın evinə özləri təkcə bir silah atır, onu uzunmüddətə həbsə alırlar. Bunun nümunəsi kimi doktor Səmədovu və Hacı Abgülü göstərmək olar.
Təkcə Nardaranda deyil, hazırda Suriya və Nigeriya kimi ölkələrdə sionistlər meydana girib və şiələri məhv etmək istəyirlər.
- Nardaran hadisəsi günü məsciddə və məsciddən qıraqda hansı hadisələr baş verdi?
- Məsələni gərək başlanğıc nöqtədən izləyək və görək həmin gün təhlükəsizlik qüvvələri nə üçün zibil maşınında Nardarana daxil oldular?! Onlar müttəhəm ardınca idilərsə, polis maşınında və neçə nəfər məmurla (hatta silahlı şəkildə) lazım olan yerə gedər, müttəhəmi özləri ilə apara bilərdilər. Müttəhəm qanuna tabe olmayıb onlarla getməsəydi, onu zorla özləri ilə polis idarəsinə apara bilərdilər. Amma onlar belə etmədilər və zibil maşınlarında gizli surətdə Nardarana daxil oldular, əhalini və namazqılanları şəhid etdikdən onar Hacı Taleni saxladılar və özləri ilə apardılar.
İmam Sadiq (ə) buyurub: “Allah bizim düşmənlərimizi axmaqlardan qərar verib”. Əgər biz baş vermiş hadisəyə onun əvvəlindən diqqət etsək, doğrudan da düşmənlərimizin axmaq olduğu məlum olar. Bu gün hamı onar hamını düşündürür ki, nə üçün məmurlar gizli və zibil maşınında Nardarana daxil oldular və Hacı Taleni apardılar?
- Nardaranda işıq, su, qaz və digər kommunal xidmətlərin kəsilməsi yenə də davam edir, yoxsa vəziyyət düzəlib?
- Bir məsələ də elə budur ki, əgər onların onar m Hacı Tale idisə, onun saxlanılması ilə Nardaranla işləri olmamalı idi. Amma dəqiqən bunun əksinə əməl etdilər.
Bu plan işlənmişdi ki, birincisi, şiələri radikal islamala əlaqələndirsinlər. İkincisi, Nardaranda bir sıra əməliyyatlar həyata keçirsinlər. Çünki şiəliyin əsas dayağı Nardaran idi. Nardaran, Azərbaycanda yeganə məntəqədir ki, onun küçələri 14 məsumun (ə) adınadır. Nardaran həmin yerdir ki, Səddam Təbrizi bombalayanda onun əhalisi Təbriz əhalisi ilə həmdərd olduqlarını göstərmək üçün sığınacaqlara gedirdilər. Digər bölgələrdə də dindarlıq vardır, amma Nardaran bir yerdir ki, onun əhalisi öz qüvvəsinə arxalanaraq İslam qanunları çərçivəsində yaşayır. Bütün bunlar düşməni narahat edir. Çünki Nardaran onların hədəfi qarşısında böyük maneədir. Bura həmin yerdir ki, düşmən burada hicabı qadınların başlarından ala bilmədi, məscidi xarab edə, islami məsələləri ayaq altda qoya bilmədi. Ona görə də öz məqsədlərinə nail olmaq üçün ən sadə yolu Nardaranın özünü məhv etməkdə görürlər.
- Bu hadisədən onar Nardaran əhalisinə qarşı məhdudiyyət və təzyiqlər dəyişibmi?
- Əhalinin əhval-ruhiyyəsi çox yaxşıdır. Bu ruh məhz Nardaranın özündən deyil. Təbriz, Türkiyə, Rusiya və digər məntəqələrin şiələrinin dəstəyi də buna təsir etmişdir. Digər ölkələrdə bu hadisəyə görə mərasimlərin keçirilməsi, əzadarlıq dəstələri və yürüşlər təşkil olunması və simvolik hərəkətlər və s. hamısı Nardaran əhalisinə ruh verir. Onlar başqa ölkələrin şiələrindən mesaj aldılar ki, Nardaran əhalisi tək deyil və onlara qarşı olunan zülm, oyaq gözlərdən gizli qalmır. Nardaran hadisəsi dinə xatir baş vermişdir və İmam Hüseyn (ə) məktəbinə birləşmişdir.
Məşhur bir ingillis alimi yazır: əgər İslamı yer üzündən məhv etmək istəyiriksə, iki şeyi müsəlmanlardan almalıyıq: biri İmam Hüseyn (ə) və Aşura, digəri İmam Məhdi (əc) və məhdəviyyət. Əgər bu iki şeyi müsəlmanlardan ala bilsək İslamın fatəhəsini oxumuşuq.
Nardaran əhalisinə nə qədər təzyiqlər göstərilsə də onlar deyir ki, bu çətinliklərin heç biri İmam Hüseyn (ə) müsibəti qədər ağır ola bilməz. Ona görə də öz məslək və inanclarından əl çəkmirlər. Onları nə qədər həbs etsələr, nə qədər işgəncə etsələr də İmam Zamanın (əc) məhzərində olduqlarına inanırlar. Xalq bu iki təfəkkürlə bağlı olduğu surətdə İslamdan əl götürmələri qeyri-mümkündür.
- Eşitmişik ki, dövlət Nardaranda məsum imamların (ə) adlarını daşıyan küçə və meydanların adını dəyişdirmək istəyir. Bu doğrudurmu?
- Bəli, çox hadisələr olub. Bəzi yerlərdə bayraqları endirdilər. Azərbaycanda "vətənpərvərlik hissinin gücləndirilməsi" siyasəti əsasında İmam Hüseyn (ə) bayrağını endirdilər və onun yerinə Azərbaycan bayrağı sancdılar. Əlbəttə, biz özümüz Nardaranda Azərbaycan bayrağı sancmışdıq. Onun yanında İmam Hüseyn (ə) bayrağı da var idi. Bu da bizim təfəkkürümüzü göstərirdi. Amma onlar camaata elə göstərdilər ki, guya biz Azərbaycan bayarağını qəbul etmirik və onun yerinə İmam Hüseyn (ə) bayrağı sancmışıq. Halbuki, biz Azərbaycanın bayrağını da qəbul edirik və onun xalqını da sevirik. İmam Hüseyn (ə) məktəbi isə bizim əqidəmiz və məsləkimizdir. Hansı ki, Nardaranda hər iki bayraq var idi. Azərbaycan bayrağını, bayrağın mövcud olduğu bir yerə sancmaq qəhrəmanlıq deyil. Bu bayrağı illərdir ki, ermənilərin işğalı altında qalmış Şuşada, Qarabağda qaldırmaq lazımdır.
Çəkilmiş videolarda görünür ki, Nardaranda Hacı Talenin olduğu evdə də Azərbaycan bayrağı vardı. Amma bəzi siyasi təhlilçilər yazır ki, guya biz Nardaranda Azərbaycan bayrağı təhqir etmişik. Ona görə də təhlilçilərə başa salmaq lazımdır ki, onların əlinə verilən yazını qabaqcadan bir dəfə üzündən oxusunlar, oxumazdan öncə də ən azı hadisənin özünə müraciət etsinlər...