Nəsimi Rayon Məhkəməsində barəsində həbs qətimkan tədbiri seçilmiş “Müsəlman Birliyi Hərəkatı” adlı təşkilatın sədri Taleh Bağırovun şikayət üzrə məhkəmə prosesi keçirilib.
AranNews- Bu barədə T.Bağırovun vəkili Cavad Cavadov məlumat verib.
Vəkil bildirib ki, hakim Babək Pənahovun sədrliyi ilə keçirilən iclas təxirə salınıb. Səbəb kimi T.Bağırovun məhkəməyə gətirilməməsi və bəzi zəruri sənədlərin olmaması göstərilib. Proses yanvarın 22-də davam etdiriləcək.
Xatırladaq ki, vəkil C.Cavadov Tale Bağırovla vəkilinin görüşməsinə imkan verilməməsi, “Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” qanunda nəzərdə tutulmuş hüquqlarının pozulması, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin (BMCMİ) Müvəqqəti Saxlanılma Təcridxanasında 24 saatdan artıq saxlanılması ilə bağlı məhkəmə nəzarəti qaydasında Nəsimi Rayon Məhkəməsinə müraciət edilib.
Qeyd edək ki, T.Bağırov noyabrın 26-da Nardaran qəsəbəsində polisin keçirdiyi əməliyyat zamanı tutulub. Onun barəsində dörd ay müddətinə həbs qətimkan tədbiri seçilib.