Türkiyənin əhli-sünnə yazıçısının Kərbəla hadisəsi haqqında arifanə romanı “Eşqin şəhidi” kitabının fərsca tərcüməsinin kitab sərgisində təqdimatı keçirilib.
AranNews- Türkiyənin əhli-sünnə yazıçısının Kərbəla hadisəsi haqqında arifanə romanı “Eşqin şəhidi” kitabının fərsca tərcüməsinin kitab sərgisində təqdimatı keçirilib. Əhməd Turqutun bu kitabı son bir neçə ayda üç dəfə çap edilib.
Hüseyn ibn Əli (ə) adı gələndə hər bir azad insanın ürəyi titrəyir, onun müsəlman, yaxud xristian, buddist, yaxud digər dinləri ardıcılı olması fərq etmir. Çünki bu nəhayətsiz dərd heç bir coğrafiya tanımır. İmam Hüseynin (ə) həyat hekayəsi, insanlığı zülm və qəflətdən qurtarmaq üçün öz camiəsinin xilafına qədəm götürən hər bir azad insanın hekayəsidir. Bu imam Hüseynin (ə) qiyamının fəlsəfəsidir və müəyyən bir sərhədi yoxdur.
Bu günləri şiə və sünnü arasında ixtilaf salan təkfirçi qrupların zühur etdiyinin şahidiyik. Təkfirçi qruplar və vəhabilər imam Hüseynin (ə) müsibətinə ağlamağı şiələrin İslam dünyasında qoyduğu bidət göstərməyə cəhd edirlər. Lakin, “Eşqin şəhidi” kitabı göstərdi ki, əhli-sünnə hər hansı məzhəbdə olmalarına baxmayaraq, Peyğəmbərin (s) pak ailəsinə sevgiləri vardır və vəhablərin, səudiyəlilərin yaratdığı qrupıaşmalardan uzaqdırlar.
Türkiyənin hənəfi məzhəbli yazıçısının qələmə aldığı “Eşqin şəhidi” kitabı imam Hüseynin (ə) həyatından söz açır və indiyə kimi bu kitab üç dəfə çapdan çıxmışdır. Kitabın istanbul türkcəsi ilə olan 150 mindən çox sayı Türkiyədə satılmışdır və deyilənlərə görə, 100 min nüsxəsi də qaçaq çap edilmiş və satılmışdır.
Kitabın fars dilinə tərcüməsinin ilk dəfə bu il kitab sərgisində təqdimatı keçirildi və maraqlananların ixtiyarına qoyuldu. Kitab farsdilli əhali tərəfindən çox yaxşı qarşılandı.
“Eşqin şəhidi” Ə. Turqutun öz dili ilə İmam Hüseynin (ə) həyatını uşaqlıq çağlarındna Kərbəla hadisəsinə qədər özündə yer vermişdir. Bu dəyərli əsərin müəllifi İslam irfanını, tarixini və İmam Hüseynin (ə) dövründəki ictimai durumu bir yerə toplamış, canlı şahid baxışı, insani və hissi yönümdən Kərbəla hadisəsini araşdırmağa çalışmışdır.
“Eşqin şəhidi” İmam Hüseynin (ə) inqilabi hərəkatından aə Aşura qiyamından hekayət edir və müəllif çalışmışdır ki, öz təxəyyülündən istifadə edərək, tarixin doğruluğuna xələl gətirmədən, İmam Hüseyni (ə) romanının əsas şəxsiyyəti kimi göstərsin və onun həyatını bəyan etməklə qiyamının səbəblərini və keyfiyyətini açıqlasın.
“Eşqin şəhidi” gözəl, maraqlı və münasib keçmişə qayıdış sujetlərinə də özündə yer vermişdir. Bu da romanın zənginliyini dərinləşdirir.
Təhrif tələlərinə düşmək, yaxud vəsf etməklə hadisələrin təhrifinə düçar olmaq həmişə dini dastanın nöqsanlarından sayılır. Amma belə nəzər gəlir, Turqut dastanda çox ehtiyatla əməl etmişdir və kitabda imam Hüseyn (ə) barədə yazılan rəvayətlər, tarixi rəvayətlərdir və çox gözəl və cazibəli şəkildə yazılmışdır.
Turqutun öz sözlərinə görə o, bu əsəri yazmaq üçün çoxlu qaynaqlara müraciət etmişdir. Müəllif əvvəl əhli-sünnə qaynaqlarını mütaliə etmiş, sonra hadisənin həqiqətini dərk etmək üçün şiə qaynaqlarını araşdırmışdır. Ona görə də hadisəyə daha geniş yanaşılıb və yazıçının nəzərincə Kərbəla hadisəsinin tarixi kökü və ictimai səbəbləri vardır.
Kitab, indiyə kimi Türkiyədə 16 dəfə çap edilmişdir və bu ölkənin əhli-sünnəsinin çoxu bu kitab vasitəsilə əhli-beytlə (ə) tanış olmuşdur. Qeyd edək ki, yazıçı bu kitaba görə ölkə daxilində və xaricindən vəhabilərin etirazı ilə qarşılaşıb. Amma özü deyir: “Onlar, əhli-beytin (ə) gözəlliklərindən məhrum olmuş adamlardır və Kərbəla barədə yazılmış bir romandan narahat olurlar. Bu məsələ mənim üçün mühüm deyil. İnşallah, həzrət Zəhra (s) mənim şəfaətçim olacaq”.
Turqut davam edərək deyir: “Məncə, belə fikirləşmək lazımdır ki, Kərbəla təkcə şiənin və Əhli-beytin (ə) dərdi deyil və təkcə şiələrə aid deyil. Əksinə, özünü müsəlman adlandıran, İslam Peyğəmbərinin (s) ardıcılı bilən, Qurana iman gətirən hər bir şəxs Əhli-beyti (ə) sevməlidir. Bu bütün müsəlmanlar arasında ortaq nöqtədir. Bu ortaqlığa diqqət etmklə, gələcəyimizi yaratmalıyıq”.
İmam Hüseyndən (ə) danışmağın, onun barəsində bir əsər yazmağın vəhabilərin etirazı ilə qarşılandığı bir camiədə İmam Hüseyni (ə) tanıtmağın özünəməxsus problemləri vardır. Bu problemlərdən biri də yazıçının qarşılaşdığı sualdır: “Eşqin şəhidi”ndə imam Hüseyni (ə) romanın əsas şəxsiyyət kimi necə tanıtmalı? Turqut bu məsələyə diqqət etməklə uşaqlıq çağlarından vəhy evində və vəhyin daşıyıcısı olan Peyğəmbərin (s) dizləri üstündə böyüyən imam Hüseyni (ə) “vəhy övladı” adı ilə tanıdır.
Turqut həmçinin, kitabın tərcüməsinin təqdimat mərasimində bildirdi ki, Aşura səhnəsini təsvir etməyə daha taqət gətirə bilməmiş və əsəri tamamlamaq üçün həzrət Zəhraya (ə) təvəssül etmişdir. O deyir ki, kitabı Hüseynin (ə) cəlal zikri ilə başlamış və həzrətin camal zikri ilə tamamlamışdır.
Kitabın bir hissəsində oxuyuruq:
“Zeynəb qumlar üstə diz çökdü. Gözünü uzaqlara dikib, Günəşin yandırıcı şüaları altında yandırıcı istiini səmaya geri qaytaran səhraya baxdı. Çadrası toz-torpağa bulaşmışdı və alnından tər axırdı. Gözləri yaşla dolu idi. Hüseyn (ə) kimi əyildi, bir ovuc torpaq götürüb, üzünə yaxınlaşdırıb, iylədi. Günəşin şiddətli istisindən qızmış torpaq yavaş-yavaş onun barmaqları arasından yerə töküldü. Bilirdi ki, vəd edilmiş günlərə yaxınlaıblar. Çadrasının ucu ilə göz yaşlarını sildi və yerindən qalxdı. Əli (ə) qızı səbirli və dözümlü olmalıdır. Qarşıda çətin günlər dayanır...”.
Bu əsər Turqutun İmam Hüseynin (ə) qiyamı ilə bağlı yazdığı üç kitabdan biridir və fars dilinə tərcümə olunmuşdur. Hazırda kitabın ərəb və azərbaycan dilinə tərcümə edilir.
Müəllifin yazdığı daha iki əsər; Kərbəla qəhrəmanı həzrət Zeynəbin (ə) həyatı ilə bağlı “Eşqin rəsulu” və imam Zeynül-Abidinin (ə) həyatından söz açan “Eşqin səcdəsi” kitbları İranda tərcümə olaraq, kitabxanalara və kitab mağazalarına verilməsi nəzərdə tutumuşdur.
Maraqlananlar, İsmayıl Bəndidaryanın tərcümə etdiyi “Eşqin şəhidi” kitabını 21500 tümən qiymətinə kitab mağazalarından əldə edə bilərlər. Kitabın elektron versiyasını yuxarıdakı qiymətin üçdə birinə almaq olar.