Tarix : 2016 Jan 15
Kod 47584

İstanbul partlayışının səbəbi hökumətin səhv siyasətidir

Türkiyə Milli Hərəkat Partiyasının lideri deyib: “Ədalət və İnkişaf Partiyasının Suriya köçkünləri selinin qarşısında münasib əməl etməməsi ciddi təhlükəsizlik təhdidlərinə səbəb olmuşdur”.
AranNews- Türkiyə Milli Hərəkat Partiyasının lideri deyib: “Suriya köçkünlərinin proqramsız qəbul edilməsi və onları ölkədə necə gəldi yaymaq, ciddi ictimai, iqtisadi və təhlükəsizlik təhdidlərinə səbəb olmuşdur, hökumət bu durumun qarşısını almağa təlaş göstərmir”.
İŞİD üzvü tərəfindən həyata keçirilən İstanbul partlayışından sonra D. Baxçalı dövlətdən istəyib ki, bütün növ terrorçu təşkilatlarla mübarizə aparmaq üçün həlledici tədbirlər həyata keçirsin.
MHP lideri 12 yanvarda yayılımlanmış yazılı bəyanatda deyib: “Suriya köçkünlərinin qeyri-düzgün, proqramsız və necə gəldi qəbul edilməsi və onların ölkənin harası olsa yayılması, ciddi ictimai, iqtisadi və təhlükəsizlik təhdidlərinə səbəb olmuşdur”.
Baxçalı qeyd edib: “AKP hökumətinin bu durumun qarşısını almaq və nəzarətdən xaric silsilə hadisələrə nəzarət etmək üçün heç bir cəhd göstərməsi müşahidə olunmur. Sanki, bu iş üçün bir fikri yoxdur”.
MHP lideri bir İŞİD üzvünün 20 iyulda Süruçda 24 nəfər sosialist fəalının ölməsinə səbəb olmuş törətdiyi partlayışa, iki İŞİD-çinin Ankarada törətdiyi terror aktına və bu hadisənin Türkiyə tarixində ən qanlı terror olaraq ən azından 100 nəfəri ölümün kamına çəkməsinə, hal-hazırda dövlət təhlükəsizlik qüvvələri və PKK yaraqlıları arasında toqquşmalara toxunaraq, AKP hökumətini tənqid edib.
D. Bağçalı İstanbulda törədilən terror aktı nəticəsində vətəndaşları həlak olmuş ölkələrlə həmdərdlik bildirərək deyib: “Təhdidin ölçüsü çox böyükdür. Bu faciələrdən yaxa qurtarmaq üçün hər şeydən öncə hökumət çox ciddi və güclü mövqe tutmalıdır, bütün növ terrorçu təşkilatlarla onlara heç bir üstünlük vermədən, qeydsiz-şərtsiz olaraq mübarizə aparmalıdır. İŞİD tərəfindən həyata keçirilməsi deyilən, Sultan Əhməd meydanında baş vermiş terror hücumuna cavab verilməlidir, terroru törədənlən insan düşmənlərinin bu ölkənin evlərindən gizlənmiş təhrikçiləri və əlbirləri tapılmalı və cəzalandırılmalıdır”.

  • Yazılıb
  • da (də) 2016 Jan 15
  • Göndərən مدير سايت Aran News