Möhsün Pakayin: Əhli-beyt (ə) davamçılarına aid olan iki ölkə öz əlaqələrini gücləndirməli və təfriqə yaratmaq niyyətində olan düşmənlərin tələsinə düşməkdən ehtiyatlı olmalıdırlar.
AranNews- İran İslam Respublikasının Azərbaycan Respublikasındakı səfiri Möhsin Pakayin özünün Qum səfərinə toxunaraq deyib: “23 deydə (13 yanvar) Qum şəhərinə getmək, həzrət Fatimeyi-Məsumənin (ə) hərəmini və hərəmdə dəfn olunmuş böyük alim və ariflərin qəbrini, xüsusilə də Ayətullah Behcətin qəbrini ziyarət etmək, böyük təqlid mərcələri ilə görüşmək, “Ayətullah Mərəşi Nəcəfi” kitabxanasında olmaq və Qum Ticarət Palatasının iclasında iştirak etmək mənə nəsib oldu”.
Səfir əlavə edib: “Böyük təqlid mərcələri Ayətullah Musəvi Ərdəbili, Ayətullah Nuri Həmədani, Ayətullah Sübhani və Ayətullah Məkarim Şirazi ilə görüşlərdə iki ölkə arasında mədəni fəaliyyətlərin durumu və münasibətlərin vəziyyəti haqqında məlumat verdim, bir çox sahələrdə əməkdaşlıq və əlaqəlar, münasibətlərin səviyyəsinin genişlənməsi istiqamətində tərəflər arasında etimad yaratmaq üçün atılan addımlardan söz açdıq”.
Möhsün Pakayin böyük təqlid mərcələri ilə görüşdə onların son illərdə Azərbaycan Respublikasında şiələrin və onların təzahürlərinin artması və şiə nişanələrinin anlamına doğru ictimai istiqamətlənmə barədə məlumatlandırıldıqlarını bildirərək, deyib: “Böyük təqlid mərcələri də azərilərin Əhli-beyt (ə) ilə əlaqələri keçmişini və Azərbaycan Respublikası şiələrinin digər qövmlərə nisbətən yaxın keçmişdə şiə təzhürlərinə sadiq olduqlarını vurğulayaraq, İran-Azərbaycan Respublikası əlaqələrinin gücləndirilməsi vacibliyini vurğuladılar və təkid etdilər ki, Əhli-beyt (ə) davamçılarına aid olan iki ölkə öz əlaqələrini gücləndirməli və təfriqə yaratmaq niyyətində olan düşmənlərin tələsinə düşməkdən ehtiyatlı olmalıdırlar”.
Ölkəmizin səfiri artırıb: “Təqlid mərcələri həmçinin təkid etdilər ki, özlərini şiə və Əhli-beyt (ə) ardıcılı bilən Azərbaycan dövlət rəsmiləri də şiə mədəniyyətinin tərvici və genşlənməsi üçün şərait yaratsınlar”.
Qum Ticarət Palatasının iclasında iştirakına toxunan səfir artırıb: “Ticarət Palatasının üzvləri ilə görüşdə Qum Ticarət Palatasının gələn baharda Bakıda sərgi keçirməsi barədə söhbət edildi və bu mövzuda layihələr təqdim edildi”.