Natiq Kərimov mövcud rejimin Cinayət Məcəlləsinin 274-cü maddəsi ilə, dövlətə xəyanət etməklə ŞƏRLƏNƏRƏK həbs edilib və hazırda Dövlət Təhlükəsizlik Xidmətinin İstintaq Təcridxanasında saxlanılır.
AranNews- Nardaran Ağsaqqallar Şurasının sədri Natiq Kərimov ozünə qarşı ittihamı qəbul etmir.
Yanvarın 15-də onunla görüşmüş vəkili Əyyub Ələkbərov məlumat verib ki, Natiq Kərimovun səhhətində problem yaranmadığını, ehtiyac olduğu halda ona tibbi xidmət göstərildiyini bildirir.
Xatırladaq ki, 2015, dekabrın 1-də Natiq Kərimov əliyevlər rejimi tərəfindən Nardaranda keçirilən əməlliyyatdan sonra kənddəki vəziyyət haqda mediaya operativ məlumatlar ötürən yeganə qaynaq idi.
O, cari ilin yanvarın 7-də həbs edilib.
Natiq Kərimov mövcud rejimin Cinayət Məcəlləsinin 274-cü maddəsi ilə, dövlətə xəyanət etməklə ŞƏRLƏNƏRƏK həbs edilib. Natiq Kərimov hazırda Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) İstintaq Təcridxanasında saxlanılır.