Manatın devalvasiyası bu İlhai əzabın bir kiçik hissəsidir. Belə ki, devalvasiyanın ardıyca Azərbaycan Respublikasının rayonları etiraz mitinqlərinə qalxırlar.
AranNews- Yanvarın 15-də Qubada bir qrup sakin qiymətlərin bahalaşmasına etiraz olaraq aksiya keçirib. Daxili Qoşunlar ərazidə qalmaqda davam edir. Həbs olunanlar var, amma onların dəqiq sayı bəlli deyil.Aksiyaçılar mərkəzdəki “Köhnə avtovağzal” deyilən yerə toplaşaraq işsizlikdən əziyyət çəkdiklərini, bank kreditlərini ödəyə bilmədiklərini, ünvanlı sosial yardım ala bilmədiklərini bildiriblər. Yerli icra başçısı və müavinləri aksiyaçıları dinləyəndən sonra onlardan dağılışmağı istəyib. Amma aksiyaçılar buna məhəl qoymayıb və Quba-Bakı yolunu bağlamağa cəhd göstəriblər.Əraziyə cəlb edilən daxili qoşunlar su şırnağı və gözyaşardıcı qazla camaatı dağıdıb. Küçələrə daxili qoşunlar nəzarət etməyə başlayıb.Adının çəkilməsini istəməyən rayon sakini deyib: “Etirazçıları “dubinka” ilə döydülər. Halbuki, onlar polisə müqavimət göstərmirdilər, sadəcə olaraq, öz hüquqlarından istifadə edərək aksiya keçirirdilər. Amma polis “dubinka”, su şırnağı və gözyaşardıcı qazdan istifadə etdi”. Daxili Qoşunlar ərazidə qalmaqda davam edir. Həbs olunanlar var, amma onların dəqiq sayı bəlli deyil.Qeyd etmək lazimdir ki, İlham Əliyevin birbaşa nəzarəti ilə Azərbaycanda Azanın Məscidlərdən verilməsinə qadağa, Məscidlərin sökülməsi, qadın və qız uşaqlarının Hicablarına qadağan qoyulması, Azərbaycan İslam Partiyası Lideri Doktor Mövsüm Səmədov başda olmaqla yüzlərlə dindar və ruhaninin ŞƏRLƏNƏRƏK həbs edilməsi, 2015, Qanlı 26 Noyabr Şiə Soyqırımında Nardaran qəsəbəsinin dövlət tərəfindən iqtisadi mühasirəyə alınması və günahsız insanların Şəhid olmasının ardıyca rejim İlahinin vəd verdiyi açıq-aşkar əzablara tədricən düçar olur.