İraq ordusu hava qüvvələrinin Ənbarın Əl-Məhəmmədi bölgəsinə hücumu zamanı İŞİD terror təşkilatının müftisi öldürülüb.
Arannews- İraq ordusunun Ənbar əyalətində həyata keçirdiyi əməliyyat zamanı İŞİD-in müftisinin öldürüldüyü açıqlanıb.
İraq ordusu hava qüvvələrinin Ənbarın Əl-Məhəmmədi bölgəsinə hücumu zamanı İŞİD terror təşkilatının müftisi Əhməd Casəm Hammadi Əl-Bəylavi bu təşkilatın digər səkkiz komandanı ilə birlikdə öldürülüb.
Bundan qabaq Ənbar əyalətində terror təşkilatı üzvlərindən 237 nəfərin öldürülməsi səbəbilə İŞİD terror təşkilatının lideri Əbu Bəkr Əl-Bağdadi Ənbarda məğlub edildiklərini etiraf edib.