Tarix : 2016 Jan 17
Kod 47595

Bəhreynli məhbuslar aclıq aksiyasına başlayıblar

Bəhreynin əl-Houz əl-Caq zindanında saxlanılan siyasi və ictimai fəallar məhbuslara edilən işgəncələrə etiraz olaraq...
Arannews- Bəhreynin əl-Houz əl-Caq zindanında saxlanılan siyasi və ictimai fəallar məhbuslara edilən işgəncələrə və bir məhbusun taleyinə aydınlığın gətirilməməsinə etiraz olaraq, aclıq aksiyasına başlayıblar.
Bəhreynli insan haqları müdafiəçilərindən olan Ebtesam əl-Sai "əl-Houz əl-Caq" zindanında saxlanılan siyasi və ictimai fəalların aclıq aksiyasına başladıqlarından xəbər verib.
Ebtesam əl-Sai bildirir: Məhbuslar "Xəlil Halvaçı" adlı bir məhbusun saxlanıldığı kameradan çıxarıldığını və indiyə kimi onun taleyi barəsində heç bir məlumat ala bilmədiklərini bildirirlər.
Bu bəhreynli insan haqları müdafiəçisi əlavə edib: Məhbuslar bildiriblər ki, Halvaçının vəziyyətinə aydınlıq gətirilənə və onun sağlığının yerində olduğundan əmin olana qədər aclıq aksiyasını davam etdirəcəklər.
Əl-Sai həmçinin deyib: Əl-Houz əl-Caq zindanında saxlanılan bəzi məhbusların ailələri əlaqə saxlayaraq, zindanda məhbuslara edilən zülm və işgəncələrin durdurulması üçün beynəlxalq təşkilatlara müraciətin edilməsini istəyiblər.
Bu bəhreynli insan haqları fəalı sonda deyib: Əl-Houz əl-Caq zindanında saxlanılan siyasi və ictimai fəallar zindan keşikçiləri tərəfindən davamlı olaraq işgəncələrə məruz qalır, döyülür və şəxsi əşyaları əllərindən alınır.


  • Yazılıb
  • da (də) 2016 Jan 17
  • Göndərən مدير سايت Aran News