Tarix : 2016 Jan 17
Kod 47596

Suriya ordusundan terrorçulara qarşi ağir zərbələr

Suriya ordusu Laziqiyyə, Hələb, Həma və Homs vilayətlərində keçirdiyi irimiqyaslı əməliyyatlarda bir sıra bölgələri azad edib.
Arannews- Suriyanın şimal və şimal-qərbində bir sıra bölgələr terrorçuların nəzarətindən çıxarılıb.
Suriya ordusu Laziqiyyə, Hələb, Həma və Homs vilayətlərində keçirdiyi irimiqyaslı əməliyyatlarda bir sıra bölgələri azad edib.
Suriya qüvvələri xalq müdafiə qruplarının əməkdaşlığı ilə Laziqiyyənin şimal bölgələrinə nəzarəti ələ keçirib və terror qruplaşmalarına bağlı bir peyk yayım stansiyasına nəzarəti bərpa ediblər.
Suriya ordusu həmçinin Həmanın cənub ətrafında Deyr əl-Fərdis kəndinə nəzarəti tam ələ keçirib və terrorçular bu kənddən qaçıblar.
Həmanın ətrafının terror qruplaşmalarından tam təmizlənməsi üçün hərbi əməliyyat davam edir və terrorçular geri çəkilməkdədirlər.
Suriya qüvvələri Hələbin şərqində əl-Əbudiyyə və əl-Əcuziyyə kəndlərinə nəzarəti ələ keçiriblər.


  • Yazılıb
  • da (də) 2016 Jan 17
  • Göndərən مدير سايت Aran News