Tarix : 2016 Jan 17
Kod 47597

CHP lideri Ərdoğanı sərt tənqid edib

AKP iqtidarı terrorla mübarizədə çox böyük səhvlərə yol verib
Arannews- Bü gün Türkiyənin ana müxalifət partiyası CHP-nin (Cumhuriyet Halk Partisi) 35-ci növbədənkənar qurultayı keçirilir.
Qurultayda 75 dəqiqə çıxış edən CHP lideri Kamal Kılıcdaroğlu prezident Rəcəb Tayyib Ərdoğanı sərt tənqid edib. Klıcdaroğlu “partronlu prezidentliyə icazə verməyəcəyik”, - deyərək Ərdoğanı “diktator pozuntusu” adlandırıb.
CHP lideri bildirib ki, AKP iqtidarı terrorla mübarizədə çox böyük səhvlərə yol verib. Onun sözlərinə görə, Bülən Ecevitdən “sıfır terrorla ölkəni təhvil aldılar. İndi isə ölkənin cənub şərq vilayətlərində mənzərə, Suriya və İraqdakından çox da fərqlənmir”.
K.Klıcdaroğlu qeyd edib ki, Ərdoğanın son 10 ildə terrorçuların ölkənin cənub şərq vilayətlərində silah ehtiyatı yığması, silah anbarları yaratması ilə bağlı dedikləri də, heyrət doğurmaya bilməz. Çünki bu zaman məhz AKP hakimiyyətdə olub. Bunun səbəbini məhz AKP iqtidarından soruşmaq lazımdır.
Klıcdaroğlu CHP-nin Türkiyə Konstitusiyasının ilk 4 maddəsinin partiya üçün “qırmızı xətt” olduğunu vurğulayıb. CHP liderinin sözlərinə görə, Ərdoğan özünü diktator kimi aparır, ABŞ-dakı prezidentlik sistemini Türkiyədə tətbiq etməyə can atır. 

  • Yazılıb
  • da (də) 2016 Jan 17
  • Göndərən مدير سايت Aran News