Tarix : 2017 Jan 17
Kod 47598

19 yanvar dünya azəriləri üçün böyük bayramdir

Ayətullah Amili azərilərin SSRİ-nin dağılması ilə əllərində Quran, öz tarixi vətənlləri və ana torpaqlarına tərəf yola düşdükləri 19 yanvar barədə geniş surətdə söhbət edib.
Arannews- Ərdəbilin imamcüməsi 19 yanvarı dünya azəriləri üçün böyük bayram adlandıraraq, deyib ki, dünya azərilərinin başıucalığı bundadır ki, öz əsllərini unutmasınlar.
Vəliyyi Fəqihin Ərdəbil ostanındakı nümayəndəsi və Ərdəbilin imamcüməsi azərilərin SSRİ-nin dağılması ilə əllərində Quran, öz tarixi vətənlləri və ana torpaqlarına tərəf yola düşdükləri 19 yanvar barədə geniş surətdə söhbət edib.
Ayətullah Amili deyib: Onlar İrana tərəf axışmaqla tarixi vətənə aid olduqları və dini mahiyyətlərini elan etdilər. Bu gün, Azərbaycanın böyük xalqının tarixi vətənə axışmaq üzrə dirçəliş günüdür.
O, sonra deyib: 19 yanvar mərasimi dünya azəriləri ilə əlaqə və həmin dəyərli hərəkətin yüksək qiymətləndirilməsi üçün keçirilir.
Ərdəbilin imamcüməsi əlavə edib: Bu mərasimin keçirilməsi dini və mənəvi bir vəzifədir və bu gün, milli bayram kimi keçirilməlidir. Bu gün, dünya azərilərinin kökləri, əsllikləri və mahiyyətərinin nümayişi günüdür.


  • Yazılıb
  • da (də) 2017 Jan 17
  • Göndərən مدير سايت Aran News