Azərbaycan Respublikası diasporası adlandıran bəzi qruplar, tarixi dəyişdirərək 31 dekabırı rəmzi bir gün elan edən bu şəxlər ölkənin ən mühüm məsələsinə, yəni Qarabağ probleminə etina göstərmirlər.
AranNews- 19 yanvar biz müsəlman azərilər üçün mühüm tarixi bir gündür. Bu böyük günü hər il qeyd etməliyik.
Təxminən 24 il əvvəl sosialist Sovet hökumətinin axırlarında İran və Sovet sərhədlərində böyük hadisə baş verdi.
Xalq İran torpağına ayaq qoyan kimi torpağı öpdülər, onlar İranda olduqlarına inana bilmirdilər. Deyirdilər: Biz 70 il İslam, İran və İmam Rza (ə) eşqi ilə İran həsrətində, məscid və dindarlıq həsrətində yaşamışıq. Odur ki, hər şeydən öncə məscidlərə hücum çəkib, İmam Hüseyn (ə) bayrağını təbərrük üçün parça-parça etdilər və Quranı öpüb gözlərinin üstünə qoydular.
Arazın o tayındakı azəri müsəlmanların belə bir rəftarı, məscidlərə hücum çəkib, İmam Hüseyn (ə) bayrağını qucaqlamaları və Quranı ağuşlarına almaları heç də təəccüblü deyildi. Müsəlman azəri xalqın bu rəftarındakı sirri öyrənmək üçün onların tarixi şəxsiyyətlərinə nəzər salaq:
Azərbaycan Respublikasının tarixi onu göstərir ki, İslam bu xalqın əsas kimliyidir. Bu diyarda şiələrin mövcudluğunun tarixi, İmam Sadiqin (ə) dövrünə qayıdır. Imam Zamanın (ə) naiblərindən biri Qasim ibn Ələla Aran şəhərində olub. O birbaşa həzrətlə məktublaşır və əhalidən aldığı vergiləri Hüseyn ibn Ruha verirdi.
Qəməri 905-ci ilin sonlarında Şah İsmail Səfəvi Ərdəbili, bu gün Azərbaycan Respublikası adlanan torpaqlardan fəaliyyətə başladı. O Təbrizi fəth etdikdən və şiəlik rəsmi məzhəb elan olunduqdan sonra şiəliyi gücləndirmək üçün Arazın o tayını da fəth etməyə başladı və tədricən əksəriyyət şiəliyi qəbul etdilər.
Azərbaycan, Sovetin dəmir barmaqlıqları axrasında əsir olmamışdan öncə İslam dünyasına bir çox alimlər bəxş edib. Azərbaycan Respublikasından olan böyük alimlərin sayı barəsində 120 nəfərin adı çəkilib. O cümlədən:
Ayətullahul-üzma Şeyx Əbdul-Ğəni Badkubei, Ayətullahul-üzma Fazil Lənkərani, Ayətullahul-üzma Şeyx Məhəmməd İrəvani, Ayətullahul-üzma Şeyx Əbdulqasim Ordubadi, Əlləma Ayətullah Mirzə Məhəmməd Əli Ğərəvi Ordubadi və sair.
Həmçinin bu müsəlman diyarda böyük elmi və dini əzəmətə sahib şairlər olub. Bu gün də Azərbaycan xalqı onların adı ilə fəxr edir. Bu şairlər fars və azəricə şeirlər yazıblar. Bu şair və yazıçıların əsərlərində dini dəyərlər və İrana aid nişanələr özünə yer tapıb.
Tezar hökuməti süqut etdikdən sonra, kommunizm 70 il müsəlman məntəqələrinə, xüsusi ilə Azərbaycana kölgə saldı və məcburi olaraq din ictimai səhnədən kənarlaşdırırldı.
1925-ci ildən 1930-cu ilədək Azərbaycan Respublikasının dindarlarından 300 min nəfərdən çoxu müxtəlif kommunist təşkilatlar tərəfindən qətliam olundular.
Bu illərədə Qurani-kərim ziyanlı bir kitab adlanıb, qadağan edildi, məscidlər ya dağıdıldı, yada ki, anbara, kluba, kitabxanaya çevrildi. Təkcə 1929-cu ildə Azərbaycanda təxminən 400 məscid bağlandı və 120 məscid ya dağıdıldı, ya da başqa məqsədlə istifadə olundu.
Kommunistlərin vəhşiliklərindən ruhanilərin ayağına daş bağlayıb, onları dənizə atmalarına işarə etmək olar. Bu dövrlərdə dinlə mübarizə üçün "Allah" sözünün yerinə "xalq" sözü qoyulmağa çalışıldı.
Bu illərdə qeyrətli və müsəlman Azərbaycan xalqı öz islami kimliyini qorumaq üçün müxtəlif formalarda kommunistlərin din düşmənliyi ilə mübarizə apardılar. Bu qəhrəman şəxslərə nümunə olaraq Şəhriyar Məlik Şərəf və mərhum şəhid Şeyx Ğəni Badkubeiyə işarə etmək olar.
70 il İran və din əleyhinə təbliğatdan sonra azərilər öz kimliklərini və tarixi şəxsiyyətlərini qorumaq üçün yanvarın 19-u bütün bu hiylələrə qalib gəldilər və əməli şəkildə göstərdilər ki, qiyamətədək onları İslamdan və tarixi vətənlərindən ayıra bilməyəcəklər.
Odur ki, bu gün İran, İslam və Azərbaycan tarixinin mühüm günlərindən biri kimi yadda qalacaq. Elə bu səbəbdən Ərdəbilin hörmətli imamcüməsi Həzrət Ayətullah Amili, 2014- ci il, cümə namazının xütbəsində məsumların "Allah yetimlərimizin əlindən tutub, onları birləşdirənlərə rəhm etsin" hədisinə əməl edən bir din alimi kimi 19 yanvarı "Dünya Müsəlman Azərilər Günü" və azərilərin tarixi şəxsiyyətlərini yenidən tapmaları günü elan etdi.
Müsəlman Azərbaycan xalqının 19 yanvarda etdikləri onların tarixi kimliklərini nümayiş etdirməklə yanaşı, bir çoxlarının xəyallarını puç etdi. Bəli, müsəlman Azərbaycan xalqı Əhli-beyti (ə) sevir, İmam Əli (ə), İmam Hüseynə (ə) aşiqdirlər. Qurana, məscidlərə, seyidlərə böyük hörmət bəsləyirlər. Bibi Heybət (ə), Nardaran və Gəncədə İbrahim (ə) ziyarətgahı kimi ziyarətgahlar ziyarətçilərlə dolu olur.
Azərbaycan xalqı Tasua, Aşura, məhərrəmin 13-ü, 17-si və səfərin 10-cu gününü heç bir istisnasız əza saxlayırlar və əzəmətli şəkildə əzadarlıq keçirirlər.
Sonda bu nöqtəni qeyd edək ki, bəziləri bu hadisənin tarixinin 31 dekabra təsadüf etdiyini deyirlər. Biz bu hadisəni diri saxlamağa çalışan həmin şəxslərə təşəkkür etməklə yanaşı onlardan istəyirik:
Bu mühüm işdə bizim yanımızda olsunlar və hadisənin dəqiq tarixini dəyişməsinlər. 31 dekabr heç bir hadisə baş verməyib.
Bunu da deyək ki, özlərini Azərbaycan Respublikası diasporası adlandıran bəzi qruplar, tarixi dəyişdirərək 31 dekabırı rəmzi bir gün elan edən bu şəxlər ölkənin ən mühüm məsələsinə, yəni Qarabağ probleminə etina göstərmirlər.
Dünya müsəlman azərilərin Qarabağı azad etmələri ümidi ilə!!!