Tarix : 2016 Jan 17
Kod 47605

31 dekabr həqiqətləri

1989-cu ildə yüzlərlə Azərbaycan vətəndaşı Araz çayını keçərək Allahu-Əkbər sədası ilə özlərini İran torpağına çatdırıb, on illərlə üzünə həsrət qalmış torpağa busə vurdular.
AranNews- Azərbaycan Respublikasının müstəqilliyindən sonra bu hadisənin həqiqəti təhrif olundu.
Hər il 31 dekabr günü ərəfəsində Az. R-da şovinist qrupların təbliğat dairələri fəaliyyətlərini genişləndirərək İrana qarşı əsassız və boş iddialar irəli sürürlər.
Demək olar ki, dünya azərilərinin həmrəyliyi günü adlandırılmış 31 dekabrın əlamətdar bir gün hesab olunması əslində 1989-cu ilin noyabr-dekabr aylarında baş vermiş hadisəyə görə olub. Bu gündə, xaric dünya və öz həmməsləkləri ilə əlaqəsi kəsilmiş və kommunizmin istilası altında olan Azərbaycan xalqının nümayəndəsi sayılan kütlələr İranın sərhəd hüdudlarına axışdı, sərhəd istehkamlarından və Arazdan keçərək İrana qovuşmağa çalışdı. Bu böyük hadisə müqabilində kommunistlər, 1813- 1828-ci illərdə imzalanmış təhqiramiz müqavilələr əsasında İrandan qoparılmış xalqdan qisas aldılar.
Məhz bu ədalətsizlik səbəbində yaranmış sərhədi keçdikləri üçün. İran torpağina busə vurmuş müsəlman xalqdan 20 yanvar faciəsində qisas alındı. Daha sonra kommunistlərin yerində hakimiyyəti Qərb və sionist-mason cərəyanların dəstəyi ilə ələ keçirənlər "sərhəd mənəviyyatını" yaddan çıxarmaq məqsədi ilə hadisənin təhrifinə başladılar. Belə ki, 1991-ci ildən bəri hər il 31 dekabr dünya azərilərinin bayramı və həmrəyliyi günü kimi qeyd olunur. Ancaq dünya azərbaycanlılarının həmrəylik günü kimi bir günün müəyyənləşdirilməklə, Azərbaycan Respublikasının İran İslam Respublikası ilə həmrəyliyini əngəlləmək istəyənlər, bu böyük hadisəni dar çərçivəyə salmağa çalışıblar.
Təbii ki, bu Azərbaycan Respublikası-İran böyük həmrəyliyini dar çərçivədə boğa bilməyənlər, qara niyyətlərini təmin etmək məqsədi ilə azərilərin yaşadığı başqa ölkələrin işlərinə qarışmağa can atırlar. Bu isə beynəlxalq qayda-qanunlarla ziddiyyət təşkil edir. Zira öz hüdudlarında yaşayan xalqın böyük əksəriyyətini çətin vəziyyətə salan Az. R. hökumətinin başqa ölkələrdə yaşayan azərilər üçün hüdud təyin etməyə haqlı deyil. Əslində 1989-cu il dekabr ayında baş vermiş hadisələrin nəticələrinə əsasən müsəlman Az. R. xalqı müstəmləkəçiliyindən xilas olmaq üçün Araz çayını keçərək ana vətənə qovuşmağa çalışdı. 1989-cu ilin dekabr ayında baş vermiş və həmişəlik yadda qalan bu hərəkət tarixi hadisələrdən mənşə alır və çox əhəmiyyətli məsələlərin göstəricisidir.

Müsəlman Az. R. xalqı hələ də unutmayıb ki, Çar Rusiyası ekspansionizmə əsaslanan hərəkətləri əsasında 1813-1828-ci illərdə imzalanmış biabırçı Türkmənçay və Gülüstan müqavilələrini İrana zor gücü ilə qəbul etdirdi və beləliklə də bu müsəlman xalq əsrlər boyu ortaq din, mədəniyyət , tarix və irqə malik olduğu və bir-birlərinin kənarında yaşamış bacı-qardaşlarından ayrı düşdü.
1989-cu il dekabr ayında AR xalqı hiss etdi ki, xalq kommunizmin əsarət zəncirlərini qırmaq və Ana vətənin qoynuna atılmaq lazımdır. Belə bir fikirlə tarixi noyabr - dekabr hadisəsi baş verdi. Bu əsil və kütləvi xalq hərəkatı həm o zaman həm də, hazırda iranlılar tərəfindən müsbət qarşılanır. Zira zorla Ana vətənindən didərgin düşmüş bir xalq həsrətlərə son qoyub ana vətənə qovuşmağa haqlıdır.
Vurğulamaq lazımdir ki, İran xalqı Az. R. xalqının bu kütləvi hərəkətini müsbət qarşıladı və İran sərhədçiləri sərhəd məftillərini qırıb bu taya keçən qardaşlarını bağrlarına basıb şövq ilə göz yaşı tökdülər. Buna baxmayaraq Az. R-da şovinist qruplar xarici müttəfiqləri ilə yanaşı 1989-cu il 31 dekabrda baş vermiş bu tarixi hadisəni özlərinin qərəzli hədəfləri istiqamətində təhrif etməyə başladılar.
Əslində AR-da yalançı millətçi qruplar çoxlu tarixi reallıqlara göz yumub məhəl qoymayaraq 1989-cu il 31 dekabrında baş vermiş hadisəyə anti-İran donu geydirməyə çalışırlar. İfrat türkçülər yalan əsasında düzəldilmiş tarixi Azərbaycan müddəasındadırlar və bu planı həyata keçirmək üçün tarixi təhriflərə yol verməyə ehtiyaclıdırlar. İrqçilik, müstəqilliyindən sonra Azərbaycan Respublikasının xarici siyasətində əsas mehvərlərdən biri olmuşdur. Ancaq külli miqdarda vəsait xərclənən bu siyasət nəticəsiz qalmışdır. Rəsmi Bakı bu istiqamətdə tarixi reallıqlara göz yumaraq həqiqətləri tərs göstərirlər. Bu səbəbdən hər il 31 dekabr hadisəsi ərəfəsində şovinist qrupların reallıqları ört-basdır etmək istiqamətində səyləri artır.
Müstəqil ekspertlər 31 dekabrın "Dünya Azərbaycanlılarının Həmrəylik Günü" kimi adlandırılmasını Bakının yanlış hərəkəti kimi qiymətləndirirlər. Belə ki, Qarabağın işğalı üçün ermənilər bu məsələdən istifadə edərək yararlanırlar. Məhz buna oxşar düşüncə ilə ermənilər də iddia edirlər ki, Qarabağ və digər hər yerdə erməni olarsa, Ermənistana aiddir.
  • Yazılıb
  • da (də) 2016 Jan 17
  • Göndərən مدير سايت Aran News