Tarix : 2016 Jan 18
Kod 47606

İŞİD-ən yeni vəhşiçilik

İŞİD terrorist qruplaşmasının cinayətkar ünsürləri Deyrzurda yüzlərlə insanı edam yolu ilə qətliam etdilər .
Arannews- İŞİD terrorist qruplaşmasının cinayətkar ünsürləri öz vəhşicəsinə törətdikləri cinayət əməlləri sırasında Deyrzur rayonunun Bəğilə kəndində yüzlərlə insanı edam yolu ilə qətliam etdilər, onların çoxu qadınlar və uşaqlar idilər və həmçinin yüzlərlə digər insan isə oğurlanmışdır. Oğurlananların sayının 400-dən yuxarı olduğu deyilir.
İŞİD ünsürləri Bəğilə kəndində Suriya qoşunlarına mənsub qüvvələrin 75 nəfərinin başını kəsiblər.
Qedy edək ki, İŞİD terrorçuları 2014-cü ildən Deyrzur, Cövrə, Qüsur, Hərabeş və Bəğilə regionlarını ələ keçiriblər.
BMT Suriyanın Deyruz-Zur şəhərində acınacaqlı vəziyyət haqqında xəbərdarlıq edib.
BMT şənbə günü məlumat yayaraq təxminən 200 min suriyalının Deyruz-Zur şəhərində acınacaqlı şəraitdə olması və ərzaq çatışmazlığından əziyyət çəkməsi barədə xəbərdarlıq edib.
Deyruz-Zur şəhərinin qərb hissələri 2015-ci ilin mart ayından İŞİD terror qruplaşmasının işğalındadır.
BMT bildirib ki, Suriyanın Deyruz-Zur şəhərinə dövlət yardımları dayanıb və bu şəhərdə içməli su ehtiyatları çox məhduddur və aylardır ki, bu şəhərdə elektrik yoxdur.
BMT Deyruz-Zur şəhərində 200 min nəfərin aclıqla üzləşdiyinə diqqət çəkərək bildirib ki, qeyri-rəsmi hesabatlara əsasən İŞİD terrorçularının işğalı altında olan bu şəhərdə onlarla nəfər aclıq nəticəsində şəhid olub.

  • Yazılıb
  • da (də) 2016 Jan 18
  • Göndərən مدير سايت Aran News