Niyə bəzi dairələr hər hansı bir terror aktı baş verən kimi onu İslamla əlaqələndirməyə can atır və islamafobiyanı gücləndirməyə çalışırlar.?
Arannews- amerikalı ideoloq Stefan aşağıdakı sualain cavabinda bildirib:
Niyə bəzi dairələr hər hansı bir terror aktı baş verən kimi onu İslamla əlaqələndirməyə can atır və islamafobiyanı gücləndirməyə çalışırlar?
Stefan Ledmen: Bu mövzu hal - hazırda fərzi bir düşmən yaratmaq baxımından onlar üçün əhəmiyyət kəsb edir. İkinci dünya müharibəsindən sonrakı dönəmlərdə və soyuq müharibə vaxtlarında kommunizm qərb üçün ideoloji düşmən sayılırdı. Bu düşmənin olması qorxusu ilə qərb öz məqsədlərini yeridir, öz mənafelərinə çatırdı.
Bu düşmən çökməklə qərbin mənafelərini təmin edən başqa bir düşmənə ehtiyac yarandı. Bu qərb üçün düşmən boşluğunu doldurmalı idi. Bu düşmən kommunizm ideyası çökdükdən və Sovetlər İttifaqı dağıldıqdan sonar “İslam” oldu. Buna görə də İslam qəddar, zorakı din və terrorizmlə əlaqəli bir ideya olaraq tanıdılmağa başlandı.
Bilməliyik ki, terrorozmin və ekstermizimin hər hansı müəyyən bir dinlə sıx əlaqəsi yoxdur. Daha dəqiqi desək, terrorizm dindən yalnış qavrımaların və səhv çıxarışların nəticəsi olaraq əsl dini təlimlərlə bağlılığa malik deyildir.