Tarix : 2016 Jan 18
Kod 47613

Suriya, Yəmən və İraq böhranı üçün hərbi həll yolu yoxdur

Əli Əkbər Vilayəti: "Artıq hamı bu nəticəyə gəlib ki, Suriya, Yəmən və İraq böhranı üçün hərbi həll yolu yoxdur və yeganə həll yolu bütün tərəflər arasında dialoqun bərqərar edilməsidir".
Arannews- İran İslam Respublikası quruluşunun Məsləhəti Şurasının Strateji Araşdırmalar Mərkəzinin sədri Suriya və Yəməndə atəşkəsi zəruri adlandırıb.
Əli Əkbər Vilayəti Tehranda Luksemburqun Parlament sədri ilə görüşdə deyib: Bütün tərəflər Yəmən və Suriyada savaşın durdurulmasına kömək etməlidirlər.
Ə.Vilayəti həmçinin Suriyanın qarşılıqlı etimada söykənən əməkdaşlığa ehtiyaclı olduğunu bildirib və deyib: Artıq hamı bu nəticəyə gəlib ki, Suriya, Yəmən və İraq böhranı üçün hərbi həll yolu yoxdur və yeganə həll yolu bütün tərəflər arasında dialoqun bərqərar edilməsidir.
Vilayəti daha sonra Lüksemburqun bir Avropa ölkəsi olaraq Suriyada qarşıdurma tərəfləri arasında danışıqlar gedişinə kömək edə biləcəyini deyib.
Lüksümburq parlamentinin sədri Mars Di Batolo Meo da bu görüşdə ölkəsinin birbaşa olaraq terrorizm təhlükəsinə məruz qaldığını deyərək, mühacir böhranının həll edilməsi üçün əməkdaşlığa ehtiyacın olduğunu vurğulayıb.


  • Yazılıb
  • da (də) 2016 Jan 18
  • Göndərən مدير سايت Aran News