Tarix : 2016 Jan 18
Kod 47614

Qamət suleymanov, Ayətullah Nimrin edamına haqq qazandırdı

Əbu Bəkr məscidinin imam-camaatı, Qamət Süleymanov Səudiyyə Ərəbistanı rəhbərliyi tərəfindən edam olunan şiə alimi Nimr Baqir ən-Nimrin edamına haqq qazandırdı.
AranNews- Sələfi liderinin sözlərinə görə, Ayətullah Nimrin istintaqı gedib, məhkəməsi olub və hökm oxunub:
“Yəni, istintaq və məhkəmə olmadan mühakimə edilməyib. Üstəlik, onunla birlikdə mühakimə olunan terrorçular da edam edilib. Sadəcə, Ayətullah Nimrin edamı siyasiləşdirilir”.
Hacı Qamətin fikrincə, hər bir cinayət törətmiş şəxs siyasi mövqeyinə və statusuna baxmadan, qanun qarşısında bərabərdir:
“İnanmıram ki, günahsız bir adam olub. Məsələni kontekstdən çıxarıb siyasi müstəviyə çəkiblər. Bu məntiqlə İranda sünni alimlər edam olunub və biz səsimizi çıxarmamışıq. Halbuki, İranda əhalinin 35 faizi sünnidir. Nimrin edamına siyasi don geyindirməyə çalışırlar. Onunla birlikdə edam olunanlar var və bu, ölkədə əmin-amanlığın qorunması üçün atılan addımdır”.
Q.Süleymanov cinayət törətmiş şəxsin hansı şəkildə cəzalandırılmasına da münasibət bildirib: “Əgər həmin ölkə şəriət qanunları ilə idarə olunursa, ona uyğun mühakimə olunmalıdır. Ölkədə dünyəvi idarəçilik varsa, qanunvericilikdə nəzərdə tutulan maddələr üzrə işinə baxılmalıdır”.
Qeyd edək ki, Ayətullah Nimrin edamına görə İranla Səudiyyə arasında münasibətlər son həddə qədər gərginləşib.
  • Yazılıb
  • da (də) 2016 Jan 18
  • Göndərən مدير سايت Aran News