Yəmənin ordusu və xalq komitələri qüvvələrinin raket hücumunda səudiyyə koalisiyasının onlarla təcavüzkarı öldürülüb.
Arannews- yəmənli qüvvələr Marəb vilayətindəki "Əlbəyrəq" bazasına tərəf bir ədəd "Toçka" tipli ballistik raket atıblar.
Nəticədə onlarla təcavüzkar, o sıradan Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri qüvvələri, həmçinin Blak vater şirkətinin muzdurlarından bir qrupu öldürülüb.
Yəmən ordusunun bir mənbəyi bildirib ki, bu hücumda təcavüzkarların düşərgədə yerləşən əməliyyat otağı, habelə onların bir neçə casusluq təyyarəsi və kəşfiyyat sistemi məhv edilibdir.
Üçüncü dəfədir ki, Yəmənin ordusu və xalq komitələri qüvvələri "Toçka" tipli ballistik raket ataraq, təcavüzkarların və muzdurların Yəməndəki qərargahlarına hücum edirlər.