Tarix : 2016 Jan 19
Kod 47619

Jurnalistin ölümündə təqsirləndirilən şəxslərin məhkəməsi təxirə salınıb

Rasim Əliyevin ölümündə təqsirləndirilən şəxslərin cinayət işi üzrə bu günə təyin olunan məhkəmə prosesi təxirə salınıb.
AranNews- Bakı Ağır Cinayətlər Məhkəməsində jurnalist Rasim Əliyevin ölümündə təqsirləndirilən şəxslərin cinayət işi üzrə bu günə təyin olunan məhkəmə prosesi təxirə salınıb.
 buna vəkillərdən birinin prosesə gəlməməsi səbəb olub.
Proses yanvarın 21-də davam etdiriləcək.
 Qeyd edək ki, Rasim Əliyev ötən il avqustun 8-də bir qrup şəxs tərəfindən döyülüb. Xəstəxanaya yerləşdirilən R. Əliyev orada vəfat edib. Həmin faktla bağlı Kənan Mədətov, Camal Məmmədov, Samir Mustafayev, Elşən İsmayılov, Arif Əliyev və futbolçu Cavid Hüseynov tutulub. Bir müddət sonra cinayət işinin materiallarından Cavid Hüseynovun cinayət işi ayrılaraq ayrıca icraata verilib.


  • Yazılıb
  • da (də) 2016 Jan 19
  • Göndərən مدير سايت Aran News