“19 Yanvar günü” münasibətilə dəyirmi masa bir qrup alim və tədqiqatçıların iştirakı ilə Azər-Aran Mədəniyyət Mərkəzində keçiriləcək.
AranNews - “1990-cı il 19 Yanvar” gününün əziz tutulması məqsədilə seminar 19 yanvar, çərşənbə axşamı günü saat 16:00-da bir qrup alim və Azərbaycan məsələləri üzrə tədqiqatçının iştirakı ilə Azər-Aran Mədəniyyət Mərkəzində keçiriləcək.
1990-cı il19 yanvar tarixi günü Azərbaycan Respublikası xalqının tarixində yadda qalacaq bir gün hesab edilir. Sovetlər Birliyinin ömrünün son aylarında Azərbaycan Respublikası xalqının böyük bir hissəsi öz həqiqi kimliklərini və əsillərini dərk edərək İran İslam Respublikası ilə ortaq sərhəddə toplaşdılar, sərhəd manelərini aradan qaldıraraq Araz çayını adladılar, öz dini inanclarını diriltmək və tarixi keçmişlərinə qayıtmaq üçün dərin etiqadlarını nümayiş etdirdilər. Azərbaycan xalqının öz daxilindən qaynaqlanan bu hərəkatın aşkar bir mesajı var idi və göstərdi ki, kommunist və ateist hökumətinin 70 illik hakimiyyəti, anti-İran, anti-din təbliği onların kimliyini əllərindən ala bilməmişdir. Həqiqətdə, Azərbaycan və İran xalqlarının dərin tarixi və dini bağlılıqları təyinedici bir amil olaraq özünü göstərdi, Sovetlər Birliyinin parçalanması və Azərbaycan Respublikasının müstəqilliyinin davamında bu ölkədə dini kimlik prosesi yeni mərhələyə qədəm qoydu.
Bütün maraqlananlar bu seminarda iştirak etməyə dəvət olunur.
Ünvan: Təbriz, Abbasi prospekti, benzin doldurma stansiyası ilə üzbəüz, Nigin küçəsi, Azər-Aran Mədəniyyət Mərkəzinin toplantı salonu