AranNews - Rəsmi Moskva Ukraynadakı böhranı siyasi yollarla həll etmək istəyini bildirsə, Rusiyaya tətbiq edilən sanksiyalar 2016-cı ilin sonlarında ləğv ediləcək.
bu sözləri ABŞ Dövlət Katibliyinin sanksiyalar siyasəti koordinatoru Daniyel Freyd deyib.
Freyd sanksiyaların ləğv edilməsi üçün bu şərtləri irəli sürüb:
1. Minsk razılaşmasının öhdəliklərinə əməl edilməli;
2. Donbasda seçkilər keçirilməli;
3. Hərbi fəaliyyətlər dayandırılmalı;
4.Ukraynanın şərq sərhədləri yenidən müəyyəndləşdirilməlidir.