1205 il öncə belə bir gündə İmam Həsən Əsgəri(ə) Mədinə şəhərində dünyaya göz açıb.
AranNews - Bu gün 8 rəbiül-əvvəl 1437-ci hicri qəməri ili İmam Həsən Əsgəri(ə)ın səadətli mövludunun ildönümü günüdür.
1205 il öncə belə bir gündə İmam Həsən Əsgəri(ə) Mədinə şəhərində dünyaya göz açır.
O həzrət uşaqlıq illərində atası İmam Hadi(ə) ilə birlikdə güclü təzyiqlərə məruz qalır. Abbasi hökuməti tərəfindən Samira şəhərində yaşamağa məcbur edilir və bu şəhərdə olduğu 13 il ərzində atasının elmi və fəzilətindən faydalanır.
İmam Həsən Əsgəri(ə) atası vəfat etdikdən sonra 5 ildən artıq bir müddət üçün son dərəcə mühüm və önəmli bir il olan İslam ümmətinə imamət kimi böyük bir məsuliyyəti öz üzərinə götürür.
İmam Həsən Əsgəri(ə)-ın imamət dövrü Abbasi xilafətinin ən güclü dövrünə təsadüf edir. Bərəkətli ömrü 28 il sürən İmam Həsən Əsgəri(ə) bir neçə il sürgündə və həbsdə qalmalı olur. Buna baxmayaraq, müsəlmanların hidayət çırağını sönməyə qoymur.
Arannews olaraq İmam Həsən Əsgəri(ə)-ın səadətli mövlud günü münasibəti ilə Əhl Beyt(ə) aşiqlərini və o həzrətin davamçılarını təbrik edirik.