Natiq Kərimov saxlanıldığı DTX-nın təcridxanasından məhkəmənin qərarı ilə sərbəst buraxılıb.
Arannews- Nardaran Ağsaqqallar Şurasının sədri Natiq Kərimov həbsdən azad edilib.
Yayılan məlumata görə, Natiq Kərimov saxlanıldığı DTX-nın təcridxanasından məhkəmənin qərarı ilə sərbəst buraxılıb.
Məlumatı onun oğlu Kamran Kərimov təsdəqləyib.
Qeyd edək ki, N.Kərimov yanvarın 6-da Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) keçirdiyi əməliyyat zamanı saxlanılmışdı. Səbail Rayon Məhkəməsinə aparılan N.Kərimov haqda 4 aylıq həbs-qətimkan tədbiri seçilmişdi.