Tarix : 2016 Jan 20
Kod 47628

Azərbaycan İslam Partiyası İranı təbrik etdi

AIP-nın sədr müavini nüvə anlaşmasındakı uğurlarına görə İran xalqı və dövlətini təbrik edib.
Arannews- Azərbaycan İslam Partiyasının sədr müavini Hacı İlham Əliyev nüvə anlaşmasındakı uğurlarına görə İran xalqı və dövlətini təbrik edib.
Hacı İlham Əliyev İran İslam Respublikasının nüvə müzakirələrində əldə etdiyi uğur münasibətilə İran xalqı və dövlətini təbrik edib və deyib: İranın bu qələbəsi öz müsbət təsirini bu ölkənin qonşu ölkələr o cümlədən Azərbaycan ilə münasibətlərində göstərmiş olacaq.
Azərbaycan İslam Partiyasının sədr müavini həmçinin, iki ölkə arasındakı əlaqələrin yüksək səviyyədə olmasına işarə edərək, deyib: Bu anlaşma İran İslam Respublikası ilə Azərbaycan arasında əlaqələrin bütün sahələrdə inkişaf etməsinə və münasibətlərin daha da möhkəmlənməsinə səbəb olacaq.


  • Yazılıb
  • da (də) 2016 Jan 20
  • Göndərən مدير سايت Aran News