Bu Səfərin gedişində əsas məsələr sırasında - ilk növbədə - söz azadlığının vəziyyətiydi
Azerbaijan Servisi/Aran Agentliyi
Avropa Şurası Parlament Assambleyasının Montirinq Qrupunun Azərbaycan üzrə həmməruzəçiləri Andres Herkel və Yevgeniya Jivkovanın Azərbaycana səfəri başa çatıb.
Andres Herkel BBC Azərbaycan xidmətiylə söhbətdə səfərin nəticələriylə bağlı təəsüratlarıyla bölüşüb.
" Bu Səfərin gedişində əsas məsələr sırasında - ilk növbədə - söz azadlığının vəziyyətiydi. Mən aparıcı qazetlərin redaktorlarının və jurnalistlərinin məhbəsdə saxlanmalarıyla bağlı vəziyyəti nəzərdə tuturam."
"Digər bir məsələ - Seçki məcəlləsiylə bağlıydı. Müzakirə edilən problemlər sırasında məhz bu 2 məsələ - əsas yer tuturdu". Ümumilikdə isə biz səfərin gedişində geniş əhatəli məsələləri müzakirə etdik.
"Azərbaycana hazırki səfərimizin nəticələri əsasında biz raport hazırlayacayıq. Həmin raport İyun ayının sonlarında Strasburqda Avropa Şurasının Parlament Assambleyasına məruzə ediləcək".