Tarix : 2016 Jan 20
Kod 47632

İranın uğur qazanması bütün bölgənin uğuru deməkdir

İran əhalisi altı ay öncə Tehranın nüvə problemi ilə bağlı razılaşmanı böyük sevinclə qarşılamışdı. Yanvarın 16-da da İslam Respublikasında oxşar hadisə yaşanıb.
AranNews- İran vətəndaşları təkcə sanksiyaların aradan qaldırılmasına deyil, həm də hakimiyyətin savaşa getməməsini bayram ediblər. Başqa sözlə, İran əhalisi sabitlik və əməkdaşlıq istədiyini bir daha nümayiş etdirib.
İraq Baş naziri Heydər İbadi ilə İran İslam Respublikasının xarici işlər naziri Məhəmməd Cavad Zərif arasında görüş olub.
İran İslam Respublikasının xarici işlər naziri Məhəmməd Cavad Zərifi qəbul edən İraq Baş naziri Heydər İbadi, İran və P5+1 qrupu arasında imzalanan Nüvə Sazişinin bütün bölgə üçün əldə edilmiş böyük bir müvəffəqiyyət olduğunu, "Bu mövzu İran İslam Respublikası əleyhinə ortaya atılan iddiaların yersiz olduğunu göstərdi və art niyyətli dairələrin bəhanələrini əlindən aldı " deyə bildirib.
İbadi, görüşdə onuda qeyd edib ki, "İran sülhə, nüvəyə, texnologiyaya sahibdir və heç kim bunu dana bilməz".
İkili görüşdə Məhəmməd Cavad Zərif isə İraq xalqının və hökumətinin ikitərəfli regional əlaqə və inkişaflar qarşısındakı müsbət tutumuna görə, təşəkkür edib. "Biz Nüvə mövzusunun əldə edilən həllin İran, İraq və bütün bölgə ölkələrinin xeyrinə olduğunu düşünürük və regional dostlarımızdan isə bu inkişaf qarşısında qayğı göstərmələrini istəyirik".
  • Yazılıb
  • da (də) 2016 Jan 20
  • Göndərən مدير سايت Aran News