İŞİD və əl-Nüsrə Cəbhəsi üzvləri, yanvar ayının sonuna qədər Suriya paytaxtı Dəməşqin cənubundakı Yərmuk düşərgəsindən çıxacaqlar.
AranNews- Suriyada yaşayan Fələstinli Qrupların katibi Xalid Əbdülməcid bidirib: İŞİD və əl-Nüsrə Cəbhəsi üzvləri 25 yanvara qədər Yərmuk düşərgəsindən çıxacaqlar və onların çıxmasından sonra 170 min fələstinli didərgin bu düşərgəyə geri qayıdacaqdır.
Əbdülməcid əlavə edib: İŞİD və əl-Nüsrə cəbhəsi üzvlərinin Yərmuk düşərgəsindən çıxmasını koordinasiya edən BMT heyətinin bildirdiyinə əsasən 3 min 567 üzv 20, 21 və 22 yanvarda Yərmuk düşərgəsindən çıxacaqlar.
Əbdülməcid bildirib: İŞİD və əl-Nüsrə Cəbhəsi üzvləri Yərmuk düşərgəsindən çıxdığı zaman öz ağır və yarımağır silahlarını Suriya dövlətinə təhvil verəcəklər.
Suriyada yaşayan Fələstinli Qrupların katibi deyib: Suriya hökuməti İŞİD və əl-Nüsrə Cəbhəsi üzvlərinin Yərmuk düşərgəsindən çıxmasından sonra silahlı qruplaşmaların yerləşdirdikləri partlayıcı maddələrə və minaları zərərsizləşdirməyə başlayacaq. Sonra onun bərpası ictimai xidmətlər, o cümlədən su və elektriki təmin etməyə başlayacaq.
BMT-nin vasitəçiliyi ilə əldə olunan anlaşmaya əsasən İŞİD terrorçuları Yərmuk düşərgəsindən çıxdıqdan sonra Riqqə şəhəri, əl-Nüsrə Cəbhəsi terrorçuları da Hələb və İdlib şəhərlərinə nəql olunacaqlar.
Hazırda 7 min fələstinli Yərmuş düşərgəsindədir və terrorçuların çıxmasından sonra ilk öncə 100 min, sonra isə 70 min fələstinli bu düşərgəyə qayıdacaqdır.